Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Fransa Azərbaycana 112,5 mln. avro yardım ayıracaq

 

Azərbaycanla Fransa arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələri süni mayalandırma, bitkiçilik sahəsi, xüsusilə üzümçülüyün inkişaf etdirilməsini əhatə edir. 
Xeberinfo.com:   Bu əməkdaşlıq çərçivəsində Azərbaycana 112,5 mln. avro həcmində yardım ayrılacaq. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən III Donor Koordinasiyası Görüşündə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez bildirib. 
Onun sözlərinə görə, bu, Cənubi Qafqazda ayrılan ən irihəcmli vəsaitdir: "Bu vəsait kənd təsərrüfatı və yaşıl inkişafın stimullaşdırılması çərçivəsində Fransa İnkişaf Agentliyi tərəfindən ayrılacaq".
A.Buşez qeyd edib ki, Fransa kənd təsərrüfatı sektorunda, xüsusən də baytarlıq sahəsindəki təcrübəsini Azərbaycana gətirir: "Heyvanların sağlamlığı olduqca önəmli məsələdir. Biz Avropa İttifaqının müvafiq yardım alətləri vasitəsi ilə Azərbaycana kömək edirik. Həmçinin, kənd təsərrüfatı sahəsində Azərbaycana ixtisaslı kadrların yetişdirilməsində də yardım edə bilərik".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam