Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Fermerlərə şad xəbər

 

       “Azərbaycanın bütün bölgələrində fermerlərə subsidiyalar veriləcək”. 

 

"xeberinfo.com": Bunu Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib. M. Hacıyev deyib ki, 2007-ci ildən başlayan kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi prosesi indi də davam etdirilir: “Bu məqsədlə 2014-cü ildə də kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə, yardımın verilməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub. Bir neçə gün öncə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclası keçirilib. İclasda fermerlərə hər hektar buğda və çəltik səpininə görə, veriləcək yardım haqqında 58 rayondan (şəhər) daxil olan sənədlərə baxılıb”. 

M. Hacıyev əlavə edib ki, sənədlər əsasında 149 849 istehsalçıya çatacaq 20 milyon 153 min 483,20 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edilib: “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib”. 

Nazirlik rəsmisi vurğulayıb ki, artıq son məlumata görə, Maliyyə Nazirliyi yerlərə vəsaitin köçürülməsinə başlayıb: “Fermerlər bu günlərdə onlara çatacaq vəsaitləri əldə edə biləcəklər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam