Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Füzulidə bu ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat keçirildi - FOTOLAR

 

 

Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirildi.

Xeberinfo.com:  İclasda Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Şura üzvləri, idarə, müəssisə, təşkilatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra nümayəndələri, bələdiyyələr, sahibkarlar, QHT-lər, KİV nümayəndələri iştirak etdi.

İclas iştirakçıları əvvəlcə aprelin 1-dən 2-ə keçən gecə ermənilərin hucumunun qarşısını alarkən qəhrəmanlıq göstərərək həlak olmuş şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iclası açıb, hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, 2016-cı ilin birinci rübü bütün respublikamızda olduğu kimi Füzuli rayonunda uğurlu göstəricilərlə yada qalmışdır.

Alı Alıyev rayonun 2016-ci ilin 3 ayının iqtisadi göstəriciləri barədə geniş məlumat verib, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs edib, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb edib.

Sonra Alı Alıyev cari ilin yanvar ayının 26-da Prezident cənab İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdan irəli gələn məsələlər barədə danışıb, tapşırıqların icrası istiqamətində rayonda görülən işlər və qarşıda duran vəzifələrdən bəhs edib. Bildirib ki, Füzuli rayonunda yerli əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatı üçün lazımi şərait var. Münbit torpaqlar və suvarma suyu ilə təminat onu deməyə əsas verir ki, rayon əhalisinin ərzaq məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənilə bilər. Alı Alıyev rayonda pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı görülən işlərdən bəhs edib.

Diqqətə çatdırıb ki, hazırda rayonda 1000 hektardan artıq ərazidə pambıq əkininə başlanılıb, barama istehsalı üçün işlərə start verilib. Eyni zamanda rayonun kənd təsərrüfatı istehsalçılarının istehsal etdikləri məhsulun satışı məqsədilə Dördüncü Zobucuq qəsəbəsi ərazisində bazarın tikintisi sürətlə davam etdirilir, Horadiz şəhərində sənaye məhəlləsinin yaradılması üçün yer müəyyənləşdirilib.

Alı Alıyev bildirib ki, Dövlət Proqramına uyğun olaraq 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən yolun tikintisinin davam etdiyini, Fin quraşdırma evləri şəhərciyinin ərazisində yeni 400 mənzilli olan qəsəbənin salınmasına başlanılıb.

 Hesabat yığıncağında rayonun xidmət təşkilatlarının 2016-cı ilin birinci rübündə gördükləri işlərə dair hesabatları dinlənilmiş, rəy və təkliflər irəli sürülmüşdür.

Alı Alıyev sonda füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan naliyyətlərdən danışmış, uğurlarla yanaşı problemlər də qeyd etmiş, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. 

 

 












Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam