Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bələdiyyələrin fəaliyyəti müzakirədə


Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Xeberinfo.com:   Məlumata görə, ilk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənilib. Spiker Oqtay Əsədov qeyd edib ki, ilk dəfə olaraq Milli Məclisdə bələdiyyələrin fəaliyyəti ilə bağlı müzakirədə bələdiyyə üzvləri də iştirak edirlər.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov hesabat məruzəsində bildirib ki, bələdiyyələrin birləşdirilməsi prosesindən sonra birləşən bələdiyyələrin sayı 1607 olub: “Həmçinin qanunsuz torpaq satışı və zəbt edilmiş ərazilərin qarşısının alınması istiqamətində bir sıra tədbirləır həyata keçirilib. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Üzrə Mərkəzinə vətəndaşlar tərəfindən 2093 müraciət daxil olub. Həmin müraciətlərə baxılaraq, onlardan 107-si tam, 20-si isə qismən təmin olunub. İçində korrupsiya faktı ilə bağlı olan 3 material da daxil olmaqla 65 material araşdırılmaq və hüquqi qiymət verilmək üçün prokurorluq orqanlarına göndərilib. Bununla yanaşı, bəzi bələdiyyələrdə aşkar olunan müəyyən maddi pozuntuların dərhal aradan qaldırılması və vurulmuş ziyanın ödənilməsi ilə bağlı addımlar atılıb. Mərkəz tərəfindən 2007 bələdiyyə aktın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bələdiyələrə geri qaytarılıb.

330 bələdiyyə sədri ilə bağlı məhkəmə orqanların müvafiq qərarları olub. 57 protokol isə məhkəmədə baxılmaqdadır. Protokollarda isə əsasən yerli büdcənin düzgün tərtib edilməməsi, qanunsuz torpaq satışı, torpaqların düzgün şəkildə icarəyə verilməməsi hallarına rast gəlinir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam