Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

2 bələdiyyə sədri həbs olunub

"Keçən il verilən təkliflər əsasında müvafiq bələdiyyələr tərəfindən 1 169 akt ləğv edilib, 531 akt dəyişdirilib, digərlərinə isə baxılır. Bələdiyyə aktlarının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhəkəmələrdə 19 iddia qaldırılıb".

 

Xeberinfo.com:  Məlumata görə, bu barədə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzədə qeyd olunub. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində il ərzində 2006 bələdiyyə aktının ekspertizası keçirilib. Aktların ekspertizası zamanı ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3560 tövsiyə göndərilib.

Bu il bələdiyyələrin qanunsuz olaraq 47,2 ha torpaq sahəsinin ayrı-ayrı şəxslərin mülkiyyətinə, 1 359 ha torpaq sahəsinin icarəyə və istifadəyə verilməsi haqqında qərarlar nazirliyin təklifləri əsasında bələdiyyələr və iddia ərizələri əsasında məhkəmələr tərəfindən ləğv edilib, bununla da cəmi 1 406 ha torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Bunlardan 1 370 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələri olub.

Eyni zamanda, bir sıra bələdiyyələr tələb olunan aktları vaxtında təqdim etməyiblər. Belə halların qarşısını almaq məqsədi ilə müvafiq tədbirlər görülüb. Belə ki, inzibati xəta haqqında 338 protokol tərtib edilərək məhkəmələrə göndərilib. Onlardan 35-i təkrar inzibati xəta ilə bağlı olub. Həmin protokollar əsasında 330 bələdiyyə sədri məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb olunub, 57 protokol üzrə isə müraciətlərə baxılıb.

Bundan başqa, prokurorluq orqanları tərəfindən aparılmış hərtərəfli araşdırma nəticəsində kifayət qədər əsaslar və səbəblər müəyyən edildiyindən 10 material üzrə cinayət işi başlanıb, 2 cinayət işi barədə məhkəmə hökmü çıxarılıb və bələdiyyə sədrləri məhkum olunublar. Həmçinin, cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olmaması, cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və digər hallar nəzərə alınaraq 10 material üzrə cinayət işinin başlanması rədd edilib, digərlərinə isə baxılır.

Xəbərdə deyilir ki, Balakən rayonu, Balakən bələdiyyəsində bələdiyyə büdcəsinə ödənilən maliyyə vəsaitinin maliyyə hesabatlarında göstərilməməsi, bələdiyyə mülkiyyətinə aid olmayan torpaq sahələrinin satılması, vətəndaşlardan torpaq satışına görə ödənilməli olan pul vəsaitlərinin bələdiyyə büdcəsinə mədaxil edilməməsi faktlarına görə Cinayət Məcəlləsinin dələduzluq və vəzifə səlahiyyətlərinini aşma (178.3.2 və 309.1) maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanaraq məhkəmənin hökmü ilə bələdiyyə sədri məhkum edilib.

2015-ci ildə Neftçala rayonu Xol Qarabucaq bələdiyyə sədrinin bələdiyyə əmlakını mənimsəmə yolu ilə talan edilməsi və bələdiyyənin rəsmi sənədlərinə bilə-bilə yalan məlumatlar daxil edilməsi faktları üzrə Cinayət Məcəlləsinin mənimsəmə və vəzifə saxtakarlığı (179.2.2 və 313) maddələri ilə başlanan cinayət işinin istintaqı tamamlanaraq məhkəmənin hökmü ilə bələdiyyə sədri məhkum edilib.

Eyni zamanda Şəmkir rayonu Təzəkənd bələdiyyəsində külli miqdarda maliyyə vəsaitinin bələdiyyə iclasının qərarı olmadan xərclənməsi, maliyyə vəsaitinin sənədləşmə aparılmadan silinməsi, bundan başqa, bələdiyyə mülkiyyətində olan 2,59 ha torpaq sahəsinin 38 nəfər vətəndaşa iclas qərarı olmadan təkbaşına ayrılması nəticəsində bələdiyyə mülkiyyətindən qanunsuz çıxarılması, həmçinin, sonuncu torpaq hərracındakı satış qiymətindən aşağı satılmaqla bələdiyyə büdcəsinə mühüm ziyan vurulması faktları üzrə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddəsi ilə başlanan cinayət işi tamamlanaraq məhkəməyə göndərilib.

Qeyd olunub ki, ötən il Ağdaş rayonu keçmiş Binələr bələdiyyə sədrinin qanunsuz fəaliyyəti nəticəsində bələdiyyə büdcəsinə mühüm ziyan vurulması, maliyyə vəsaitinin qanunsuz silinməsi, həmçinin hərrac və müsabiqə keçirilmədən qanunsuz olaraq torpaq sahəsinin icarəyə verilməsi faktları üzrə Cinayət Məcəlləsinin mənimsəmə və ya israf etmə (179.2.4) maddəsi ilə cinayət işi başlanıb.

Bundan başqa, 2015-ci ildə Zərdab rayonu Çallı bələdiyyəsinin keçmiş sədrinin qanunsuz olaraq kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin sahibkarlıq fəaliyyəti məqsədi ilə satılması, maliyyə-təsərrüfat və mühasibat uçotu sənədlərinin məhv edilməsi faktları üzrə Cinayət Məcəllləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə (308.1) maddəsi ilə cinayət işi başlanıb.

Sabunçu bələdiyyəsinin vergi müfəttişinin vətəndaşlardan işə düzəltmə adı ilə pul alması faktına dair Ədliyyə Nazirliyinə daxil olan vətəndaş müraciəti ətraflı araşdırılıb, korrupsiya hüquqpozmaları müəyyən edilərək material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Həmin fakt üzrə Cinayət Məcəlləsinin dələduzluq və vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (178.2.3, 178.2.4 və 312-1.1) maddələri ilə cinayət işi başlanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam