Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ekspertdən Rövnəq Abdullayevin fikirlərinə reaksiya

 

İqtisadçı ekspert Vüqar Bayramov SOCAR prezidenti Rövnəq Abdullayevin Azərbaycanda benzinin qiyməti ilə bağlı dediyi fikirlərə münasibət bildirib.

Xeberinfo.com:   Məlumata görə, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, SOCAR və Tarif Şurası Azərbaycanda benzinin qiymətinin azaldılmasının gündəmdə olmadığını və hətta ölkəmizdə yanacağın ABŞ ilə müqayisədə çox ucuz olduğunu açıqlayıblar: “Əvvəlla, “Premium Euro-95” və “Aİ-98” markalı benzinin qiyməti Birləşmiş Ştatlar ilə müqayisədə bizdə ucuz deyil, əksinə bahadır. Yerli istehsal olan “Aİ-92” benzinin qiyməti isə Azərbaycanda ABŞ-a nisbətən heç də çox ucuz deyil. Belə ki, ABŞ-da bütün ştatlar nəzərə alınmaqla bir qallon benzinin orta qiyməti 1.822 dollardır. Bu isə o deməkdir ki, benzinin 1 litrinin qiymət cəmi 48 ABŞ sentidir. Azərbaycanda isə 1 litr daxili istehsal benzinin qiyməti son devalvasiyadan sonra manat ifadəsində dəyişməsə də, dollar ifadəsində 45 sentə düşüb. Deməli, fərq çox yox, sadəcə 3 sentdir.

İkincisi, 3800 dollar orta aylıq əmək haqqıya malik olan ABŞ-da gündəlk 5 litr benzindən istifadə edən vətəndaşın xərci ümumi gəlirinin cəmi 1.9 faizni təşkil edirsə, bu göstərici bizdə 21 faizə bərabərdir. Yəni, gündəlik benzin sərfi 5 litr olan orta Azərbaycan vətəndaşı öz gəlirinin 1/5-dən çoxunu yanacağa xərcləyir.

Üçüncüsü, benzinin qiyməti ilə neftin dünya bazar qiyməti arasında əlaqənin olduğunu kimsə iddia etmir və əslində, neft özümüzün olduğu üçün qiymətin aşağı salınmasına ehtiyac var.

Dördüncüsü, yanacağın ucuzlaşması büdcəyə bu mənbədən birbaşa daxilolmaları azaltsa da, dolayı gəlirləri artırdığı üçün nəticədə qazanan tərəf elə büdcə özü olacaq. Nəhayət, bəyəm bütün bunlar benzinin ucuzlaşdırılması üçün ciddi əsaslar deyilmi?”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam