Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ömürlük azadlıqdan məhrum edilən jurnalist buraxıldı

 

 

Türkiyənin tanınmış jurnalisti, “Ergenekon” cinayət işi çərçivəsində xüsusi səlahiyyətli məhkəmə tərəfindən ömürlük azadlıqdan məhrum edilmiş Tuncay Özkan azadlığa buraxılıb. 

 

“xeberinfo.com”:Məkumata görə,  İstanbul 21-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə T.Özkan 1 994 gündən sonra azadlığa çıxıb. O, 2008-ci ilin sentyabrında həbs edilmişdi.

T.Özkanla birlikdə Türkiyə Silahlı Qüvvələrinin istefada olan polkovniki Ləvənt Göktaş və Türkiyədə mafioz kimi tanınan tanınmış iş adamı Sədat Peker də azad edilib.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi xüsusi səlahiyyətli məhkəmələri ləğv edib. Cinayət Məcəlləsinə dəyişiklik edilərək məhkəmə hökmü olmadan bir şəxsin ən uzağı 5 il həbsdə qala biləcəyi qərarlaşdırılıb. Əvvəl bu müddət 10 il olub. Məhkəmə T.Özkan və digər şəxslərin məhkəmə hökmü olmadan 5 ildən çox həbsdə saxlanılmalarını və kasasiya prosedurasının davam etdiyini, məhkəmə hökmünün hələ qüvvəyə minmədiyini nəzərə alaraq onları sərbəst buraxıb.

Onu da əlavə edək ki, hazırda Türkiyə hökuməti xüsusi səlahiyyətli məhkəmələrin çıxardığı qərarları qanunsuz sayır. Hökumət bu məhkəmələrin nurçuların nəzarətində olduğunu və verilən qərarların ədalətsiz olduğunu bildirir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam