Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İranın dini lideri Azərbaycanı təhdid etdi

 

“Əgər İran olmasaydı, Azərbaycan bu gün sadəcə mövcud olmazdı”.

Xeberinfo.com:   Məlumata görə, bu sözləri İranın Şərqi Azərbaycan əyalətinin Sərab şəhərinin dini lideri Əli Əkbər Əkrəmin deyib.

Əli Əkbər Əkrəmin sözlərini Dağlıq Qarabağ müharibəsi vaxtı İranın Azərbaycana etdiyi yardımla əsaslandırıb. 

Məsələ ilə bağlı İranın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlasaq da diplomatik qurumdan heç bir açıqlama vermək istəmədilər. 

Bakının Nardaran qəsəbəsində isə noyabrın 6 –da keçirilən əməliyyatdan sonra İranın bəzi dairələrindən Azərbaycana qarşı ittihamlar səslənməyə başlandı.

Bundan əvvəl İran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın Nardaran qəsəbəsinin sakinlərini polislə silahlı qarşıdurmadan sonra fəallaşmağa çağırmışdı.

Parlament üzvü bildirib ki, Azərbaycan bir tərəfdən, “homoseksuallara azadlıq verir, digər tərəfdən isə şiələrə qarşı zorakılıq edir”. Onun sözlərinə görə, belə hərəkətlərin “pis nəticələri olacaq”.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin isə Nardaran hadisələri ilə bağlı verdiyi açıqlamada bildirmişdi ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib. “Bizim Nardaran hadisələrinə də heç bir aidiyyətimiz, heç bir bağlılığımız yoxdur” .(Anspress.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam