Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

İrandan Nardaran bəyanatı

 

İran Xarici İşlər Nazirliyi Azərbaycanda baş verən son hadisələri diqqətlə və yaxından izləyir.
Xeberinfo.com:   Məlumata görə, bu bəyanatla İran XİN-in rəsmi nümayəndəsi Hüseyn Cabiri Ənsari Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrə münasibət bildirərkən çıxış edib.

Hüseyn Cabiri Ənsari deyib ki, XİN “İran xalqının müxtəlif qruplarının Azərbaycan Respublikasında baş verən son hadisələrə dair hisslərinə və narahatlıqlarına” hörmətlə yanaşır.

“İran Xarici İşlər Nazirliyi Azərbaycanda baş verən son hadisələri müxtəlif aspektdən diqqətlə izləyir və bu ölkənin müvafiq orqanları ilə daimi təmasda olub”, - deyə C.Ənsari bildirib.

C.Ənsari ötən həftə sonu Vahid Ümma Beynəlxalq İttifaqı adlı dini təşkilatın İranın “Azərbaycanda müsəlman şiələrin əzilməsinə və Nardaran qəsəbəsində keçirilən reydlər zamanı insanların həlak olmasına” passiv münasibət göstərməsinə dair ittihamlarını da şərh edib.

İran XİN rəsmisi Azərbaycanda məhərrəm ayının bitməsi münasibətilə keçirilmiş matəm mərasimlərinə toxunaraq deyib: “İki ölkə arasında məsləhətləşmələr nəticəsində dini məkanların müqəddəsliyinin qorunub saxlanılması və İslam ayinlərinin keçirilməsi qaydalarına dair daha münasib atmosferin yaradılması nəzərdə tutulub”.

İran diplomatı həmçinin bütün maraqlı tərəfləri ayıq-sayıq olmağa, İranla Azərbaycan arasında münasibətləri korlamağa çalışan “düşmən qüvvələrə” fürsət verməməyə çağırıb.

Xatırladaq ki, Nardaranda radikal dini fanatiklərə qarşı keçirilən reyd zamanı polisə silahlı müqavimət göstərilib. Bu zaman 2 polis həlak olub, 5 ekstremist zərərsizləşdirilib, bir neçəsi yaralanıb.

Bundan sonra qəsəbədə Daxili Qoşunların iştirakı ilə qəsəbədə asayişin, Azərbaycan qanunlarının bərqərar olunması üçün irimiqyaslı əməliyyat başlayıb. Onlarla radikal həbs olunub.

Nardaran hadisələrinə görə İranın bəzi din xadimləri Azərbaycanın ünvanına hədə-qorxu gəliblər və qızışdırıcı bəyanatlar veriblər. İran XİN-i isə ilk dəfədir bu hadisələrlə bağlı öz mövqeyini açıqlayır. Və məlum olur ki, Nardaran hadisələrinə görə İranın Xarici İşlər Nazirliyi və digər rəsmi strukturları ilə Azərbaycanın müvafiq strukturları arasında təmaslar olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam