Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Baş həkim icra başçısının müavini təyin edildi

 

 

 

       Bakıda daha bir İcra Hakimiyyəti başçısına qadın müavin təyin olunub. Bu dəfəki təyinat Qaradağ rayonu İcra hakimiyyətində gerçəkləşib. Əldə etdiyimiz məlumata görə, icra başçısı Süleyman Mikayılovun müvafiq əmri ilə Təranə İsmayılova müavin təyin edilib.

     Qaradağ rayon İcra Hakimiyəti başçısının yeni müavini Təranə İsmayılaova:“Bu vəzifəyə təyin olunmağım mənim üçün gözlənilməz oldu. Çalışacam ki, mənə göstərilən bu etimadı doğruldum. Vəzifənin məsuliyyətini dərk edirəm və üzərimə düşən işlərin öhdəsindən layiqincə gələcəyimə də inanıram. Fevral ayının 13-dən etibarən bu vəzifəni icra edirəm”. 
    Təranə İsmayılova İcra Hakİmiyyəti başçısının müavini təyin olunana qədər Qaradağ rayonundakı 39 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyasında baş həkimi vəzifəsində çalışıb.
O, həm də hakim Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının üzvüdür.
Xatırladaq ki, Binəqədi rayon İcra Hakimiyyətində Aygün Əliyeva, Nəsimi rayon İcra Hakimiyyətində Gülarə Verdiyeva, Xətai rayon İcra Hakimiyyətində Jalə Abdıyeva, Yasamal rayon İcra Hakimiyyətində Sevil Əliyeva, Nizami rayon İcra Hakimiyyətində Gülnaz İsrafilova, Sabunçu Rayon İcra Hakimiyyətində Arzu Məmmədova, Xəzər rayon İcra Hakimiyyətində Lalə Əhmədova, Səbail rayon İcra Hakimiyyətində Xalidə Bayramova, Nərimanov rayonu İcra Hakimiyyətində İradə Mahmudova, Suraxanı rayonu İcra Hakimiyyətində Sevinc Hüseynova icra başçılarının xanım müavinlərdir. 
Beləliklə, Bakının 12 rayonundan yalnız Pirallahı rayonu İcra Hakimiyyətində qadın müavini təyin olunmayıb. 
Yeri gəlmişkən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da uzun illərdir xanım müavinlə işləyir. Merin müavinlərindən biri Fidumə Hüseynovadır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam