Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Dəhşətli qətl: Sevdiyi qızı ürəyindən bıçaqladı

 

Bakıda dəhşətli qətl törədilib. 

"Xeberinfo.com":   Nizami rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 11.00 radələrində metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.

22 yaşlı İlahə Həsən qızı Yusubova oğlan tanışı (adı və soyadı hələlik məlum deyil) tərəfindən küçədə bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs hadisə yerindən qaçıb.

İlkin məlumata görə, hadisəni törədən oğlan İ. Yusubovanı sevirmiş. O, qızın sevgisini qazana bilmədiyi üçün belə bir addım atıb.

Qətlin təfərrüatları da məlum olub. Məlumata görə, 1993-cü il təvəllüdlü gənc qız 6 bıçaq zərbəsi ilə öldürülüb. Sonuncu zərbə onun ürəyindən dəyib. Şahidlərin məlumatına görə, hadisəni törədən şəxs hündürboylu gənc oğlan olub.
Qızı vurub qaçarkən o, “axır ki, öldürdüm” deyə qışqırıb.


Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerinə baxış keçirirlər. Prokuror və polis əməkdaşları öldürülən qızın telefonuna baxış keçirib, gələn-gedən sms-ləri, zəngləri yoxlayıb.

Məlumata görə, gənc qız gecə qonşusu ilə yazışıb, başqa bir oğlan ona evlilik təklif edib. Qətlin ilkin səbəbi kimi hələlik bu amil göstərilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam