Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Hökumət təcili olaraq proqram qəbul etməlidir"

 

"Bu məsələyə yaxın bir neçə gündə əncam çəkilməlidir"

 

“Artıq bu yanğın çox dəhşətli bir siqnal olmalıdır. Nəhayət, bu, nəzərə alınmalıdır. Bu, hətta təxribat da ola bilər, öz-özünə də yana bilər. İndiyədək 16 adam ölüb. Bu, o deməkdir ki, yay boyunca üzlənmiş binaların hər biri yana bilər”.
"Xeberinfo.com":  Keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn Bakıda baş verən yanğına münasibət bildirərkən belə deyib.
O, musavat.com-a açıqlamasında qeyd edib ki, hökumət təcili tədbirlər görməlidir: “Bu işin korrupsiya ilə bağlı olan araşdırılması ilə bu iş bitməz. Çünki ölkədə yüzlərlə belə üzlənmiş binalar var. Təcili olaraq həmin binaların yanğın əleyhinə təhlükəsizliyinin təmin olunması ilə bağlı hökumət təcili olaraq proqram qəbul etməlidir. Mütəxəssislərlə birlikdə bu məsələ işlənib hazırlanmalıdır. Bir neçə gün ərzində respublika səviyyəli bir iş kimi nəzarət altında, təcili icra olunmalıdır. Həmin binalarda yanğın təhlükəsizliyinin təmin olunması üçün ciddi iş aparılmalıdır, icra olunmalıdır. Nəzərə alaq ki, söhbət 500-dən artıq binadan gedir. Üzlənməsi davam edən binalar da var. Bu məsələyə əncam çəkilməlidir, prosesə nəzarət edilməlidir. Yanğın törədə bilən halların aradan qaldırılması üçün ciddi tədbir görülməlidir”.
P.Hüseyn bu məsələnin təxribat olma ehtimalına da münasibət bildirib: “Şübhəsiz ki, istintaq bu məsələyə aydınlıq gətirməlidir. Çünki hər halda indidən yekun fikir söyləmək doğru olmaz. Amma adıçəkilən firmanın, “Global Construction”ın üzlüklərin regionda yeganə istehsalçısı olduğu bildirilir. Onun offşor şirkətdə olan təsisçiləri meydana çıxıb. Bu da hazırda ölkədə xəbərlərin mərkəzində olan banka gəlib çıxır. Şirkətin adı Beynəxalq Bankla əlaqədar gedən bir neçə yüz milyonluq kredit mənimsənilməsi hadisəsinə gedib çıxır. Həmçinin, bu günlərdə həbs olunan keçmiş YAP-çı deputat Bünyamin Xəlilov da bu şirkətin təsisçisi olub. Bu məsələ də əminəm ki, araşdırılacaq. Amma təbii ki, əsas məsələ bu gün təhlükə altında olan və ciddi psixoloji sarsıntı olan bu hadisənin nəticələrinin aradan qaldırılmasından gedir, bu cür binalarla bağlı təcili təhlükəsizlik tədbirlərinin görülməsindən gedir. Bu hadisə bütün respublika üçün bir şokdur. Xüsusilə uşaq ölümləri, evində oturduğun yerdə ölümün içində olduğunu dərk etmək, hər an yanğın təhlükəsi qorxusu və vahiməsi içində yaşamaq dəhşətli bir psixoloji təzyiqdir. Ona görə də bu məsələyə diqqət yetirilməlidir. Burada artıq vəsaitə qənaətdən söhbət gedə bilməz. Bu məsələyə çox təcili, yaxın bir neçə gündə əncam çəkilməlidir. Bu iş dayandırılmalıdır. Günahkarlar isə birmənalı şəkildə kim olur-olsun, cəzalandırılmalıdır. Çünki ortada bir nəfər belə ölüm varsa, bu, ciddi faktdır. Haram pulların dəhşətli məsuliyyətsizliyin nəticəsi, qurbanı övladlarımız olmalı deyil”.
Qeyd edək ki, artıq Binəqədi rayonunda binada baş verən yanğın faktı ilə bağlı Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış “Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.  
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam