Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ağcabədi faciənin bir addımlığında: ŞƏHƏR OD TUTUB YANA BİLƏR

 

Şəhərin mərkəzində fəaliyyət göstərən «AzPetrol» YDM-in yanacaq çənləri binaların altına yerləşdirilib

Xeberinfo.com:  Ağcabədi rayonu sözün həqiqi mənasında bombanın üzərində qərarlaşıb. Bunu rayondan gələn xəbərlər də təsdiqləyir. Ötən gün JAM.AZ-a müraciət edən rayon sakinlərindən biri bildirib ki, təcili olaraq problem aradan qaldırılmasa, Ağcabədi od tutub yana bilər. 

Belə ki, Ağcabədi rayonunun mərkəzində AzPetrol Yanacaq Doldurma Məntəqəsi var. Həmin YDM düz İcra Hakimiyyətinin düz yanında yerləşir. Sakin bildirir ki, YDM-ə məxsus, içi yanacaqla dolu çənlər isə ərazidəki yaşayış binalarının altında yerləşdirilib. «Ağcabədinin icra başçısı bir dəfə də olsun maraqlanmayıb ki, əgər hər hansı bir yanğın baş verərsə, rayonu hansı faciə gözləyir. Yanğın olarsa, rayon tamamilə yanıb, kül olacaq. YDM-in çənlərinin partlaması isə onlarla ailənin məhv olması deməkdir». 

O, təcili tədbirin görülməsini istəyir. İnsanların qorxu içində olduğunu da vurğulayır. «Dəfələrlə şikayət edilməsinə baxmayaraq, nəticə çıxaran yoxdur. Görəsən, Şahin Məmmədovun məsələdən xəbəri varmı? Varsa, niyə tədbir görmür? Yoxdursa, maraqlansın, insanların taleyi ilə oynamaq olmaz». 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam