Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Mərkəzi Bank “terror siyahısı”nı yenilədi

 

Maliyyə Monitorinqi Xidməti altı şəxsin adını “qara siyahı”sından çıxardı
"Xeberinfo.com":  Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının “əl-Qaidə” Sanksiya Komitəsinin 30 aprel 2015-ci il tarixlərində qəbul edilmiş qərarlarına uyğun olaraq may ayının 5-də ümumi siyahını yeniləyib.
Xidmətdən APA-ya verilən xəbərə görə, ümumi siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barələrində sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən yenilənib.
Məlumata görə, 6 nəfərin adı siyahıdan çıxarılıb: Riadh Ben Belkassem Ben Mohamed Al-Jelassi, Samir Abd El Latif El Sayed Kishk, Al-Azhar Ben Mohammed Ben El-Abed Al-Tlili, Faouzi Ben Mohamed Ben Ahmed Al-Jendoubi, Ahmed Hosni Rarrbo Na, Najib Ben Mohamed Ben Salem Al-Waz.
Ümumi siyahının son versiyası qurumun internet səhifəsində (http://www.fiu.az/aze/umumi-siyahi/) yerləşdirilib, habelə, aidiyyəti nəzarət orqanlarına, monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslərə göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam