Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə TANAP-ın təməlini atdı

 

“Qarabağda zülmə məruz qalan qardaşlarımızın acısını Anadoludakı insanlarımız həmişə ürəyində hiss edib”
“Azərbaycan Türkiyə üçün adi dövlətlərdən biri deyil. Biz eyni dildə danışan, ortaq tarixi keçmişi paylaşan, sözdə deyil, əsl qardaş olan, bir millət, iki dövlətik”.

"Xeberinfo.com":  APA-nın xəbərinə görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qars bölgəsində keçirilən TANAP layihəsinin təməlatma mərasimində deyib.
R. T. Ərdoğan 1918-ci ildə Bakının işğaldan azad olunmasında Qafqaz İslam Ordusunun rolunu xatırladıb: “Bakı, Dərbənd və Dağıstanın düşmən işğalından azad olunmasında türklər azərbaycanlılarla yan-yana vuruşub. Qarabağda zülmə məruz qalan qardaşlarımızın acısını Anadoludakı vətəndaşlarımız hər zaman ürəyində hiss edib. Qars, İğdır, Ərzurumdakı vətəndaşımızla Naxçıvandakı qardaşımız arasında fərq qoymuruq. İzmir, İstanbul, Ankara, Antalya bizim üçün nədirsə, Bakı da odur. Bizim heç kəsə qarşı düşmənçiliyimiz yoxdur, amma qardaşımızın haqqını müdafiə etmək, tökülən qanın hesabını sormaq boynumuzun borcudur. Həmişə qardaşlarımızın yanında olduq və olmaqda davam edəcəyik”.
R. T. Ərdoğan TANAP layihəsinin Türkiyə, Azərbaycan, Gürcüstan və avropalı tərəfdaşlar üçün xeyirli olmasını diləyib: “TANAP layihəsinin təməlini atırıq və təbii qazı Türkiyə üzərindən Avropaya göndəririk”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam