Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Məni əymək olmaz”

 

“Heç bir Kreml, heç bir Moskva, heç bir Qərb-Şərq”.

Belarus prezidenti Aleksandr Lukaşenko təqaüdə hazırlaşmır və öz prezidentlik fəaliyyətində qlobal səhvlər də görmür.

"Xeberinfo.com":  Məlumata görə, bu barədə o, Minskdə mətbuat konfransında bildirib. oxu.az bu barədə Rosbalt-a istinadən xəbər verir. Lukaşenkonun sözlərinə görə, yalnız əqli zəiflik, kütbeyinlik, xəstəlik prezident seçkilərində iştirak etməmək üçün əsas amillərdir. Belarus prezidenti vurğulayıb: “Məni əymək mümkün deyil. Heç bir Kreml, heç bir Moskva, heç bir Qərb-Şərq bunu edə bilməz. Məni asmaq, öldürmək, suda boğmaq mümkündür, amma əymək və mənim siyasi kursumu dəyişdirərək, başqasının siyasi havasına oynamağa məcbur etmək mümkün deyil”.

O izah edib ki, prezident kürsüsünü yalnız seçkilərdə uduzduğu halda tərk edəcək. “Amma mən özüm bundan imtina etməyəcəm və edə də bilmərəm”, – Respublika rəhbəri, eləcə də əgər ölkə batarsa onun qorxaqlıqda ittiham ediləcəyini bildirib. Öz 20 illik prezident işini qiymətləndirən Lukaşenko deyib: “Mənə elə gəlir ki, qlobal səhvlərə yol verməmişəm”. Onun sözlərinə görə, yeganə məcburi qərar nüvə silahının çıxarılması olub: “Amma bu, mənim qərarım deyildi. Mən qəbul edilmiş qərarı yerinə yetirməli idim, mən bunu məni tənqid edəndə açıq və səmimi etiraf etdim: əgər mənim ixtiyarım olsa idi, mən bunu heç bir zaman etməzdim. Dünyada nə baş verdiyini görürsünüz, kim güclüdürsə, o da haqlıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam