TÜRKÜN RUHU VƏ RUSLA FARSIN PSİXOZ HALI
BİR DƏ MİLLİ MƏCLİSDƏ 32 DİŞLİ “HƏŞƏRAT”IN VURNUXMASI
Eyforiyaya meyilli duyğulardan ayrıla bilməmək adamın siyasi anormallığından xəbər verir. Onların kimlikləri öz dilləriylə ifşa olunur. Putin, Həsən Ruhani, Kim İr Çen, Sarkozi, Ramzan Kadırov, Xavala, “”ALA”, BÜTÜN RUS VƏ FARS ŞOVİNİSTLƏRİ, Tahir Kərimli, Araz Əlizadə, Aqil Abbas, Rəşad Məcid və LAP AXIRINCI olan o Gəncənin adını batıran “HƏŞƏRAT”, Tale Bağırzadə də həmin yolun YOLÇULARIdılar. Dövlətçiliyi və millətçiliyi hər şeydən üstün tutan kəslərin praqmatik davranışlarısa süni və gizli şəkildə hazırlanan hər türlü çirkin prosesləri tam şəkildə zərərsizləşdirir. Və belə gediş dəyərli aydınlarımızdan olan TOĞRUL İSMAYILın Cavab Haqqında olduğu kimi həm Rusiyanı, həm Qərbi, həm də İranı psixoz hala gətirir...
Ancaq açıqlamalar fonunda görürük ki, sən demə qonşunun başı şişdiyindən qayğısı da “biz” ola bilməyənlərə düşüb. Yeni dünya düzənində dövlətlərin taleyi həll olunan bir məqamda Azərbaycanın Milli Məclisi də QƏRB TƏRƏFDƏN gül açdı. Daha doğrusu, gül olmayan yerdə BÖYÜRTkən də özünü gül sanıb. Qardaş ölkəyə gülmüşdük ki, İstanbulun kandarında dayanıb Osmanlını param-parça etmək istəyən 9 dövlətin bayrağını elə oradaca yerə kömən, müsəlman və türk dünyası üçün bir sipərə çevrilən TÜRKİYƏ CÜMHURİYYƏTİni quran BÖYÜK ATATÜRKə AKP iqtidarından və erməni Dəmirtaşın çetesindən daş atanlar olmuşdu. Gəldi başımıza. Cümhuriyyət tariximizdə önəmli yer tutan Gəncədə BÖYÜK MƏMMƏD ƏMİN RƏSULZADƏnin büstünün başına torba keçirildi, indi də Milli Məclisin tazə qaranquşlarından olan birisi 32 dişini ağarda-ağarda Ona “vətən xaini” dedi. Belə “həşərat”lardan hələ bu beş ildə çox şeylər görəcəyik, antikvar çıxışlar olacaq. Görən bu 32 dişli “həşərat” bu vaxta qədər niyə vurnuxmurdu? İndi kim buna “işarət eylədi”, dərdini böldü?
Fəaliyyətini daxildəki pozucu monopolist güclərin və xarici faktorun imkanıyla stimullaşdırmağa çalışan bəzi qüvvələrin Milli Məclisə keçirilən seçkilərdə “uğur qazanmaları” onları əl-qollarını daha yuxarıdan ölçməyə həvəsləndirib. Elə bunun nəticəsidir ki, həmin kəslər gərginləşən Türkiyə-Rusiya münasibətlərinə fikir bildirərkən daha çox Maqadan ayısının xidmətlərini Medvedyevlərə təqdim edirlər. ANİ olaraq başqa bir düşərgəyə də özlərinin kiminsə RUHuyla EYNİlikləriylə bağlı mesay ünvanlayırlar. Buqələmunluq belə adamların siyasi taktikalarının ayrılmaz hissəsinə çevrilib. Ancaq unutmaq lazım deyil ki, məmləkəti farsın, rusun quberniyasına çevirmə cəhdi heç zaman baş tutmayacaq. Rusiyanın Türkiyəni qazla imtahana çəkmək istəyinə sadə türk kəndlisinin “təzək yapıb, dolanaram” kimi cavab verməsi deməyə əsas verir ki, ÖZ KÜLÜNDƏN OD GÖTÜRÜB ALOVLANARAQ DÜŞMƏNİNİ ODA YAXAN TÜRKÜN RUHU QARŞISINDA ATOM SİLAHI DA OLSA , DURUŞ GƏTİRMƏYƏCƏK!!!
İndi də üzümüz NARDARANanadır. Dərsə getməyən, yazmağı, oxumağı bacarmayan, heç Tale Bağırzadə adlı nəyinsə təəssübünü çəkənin özünü belə yaxşı tanımayan Mikayıl Cabbarovun məktəbli uşağı durub Nardaran ağsaqqallarına imam Hüseyn (r.a.) mübarizəsinin fəlsəfəsindən moizə oxuyur. Və bu ağsaqqallar da durub “təkbir” deyirlər. Məmləkətə çoxlu ziyalılar bəxş edən Nardaran indi gör kimlərin ümidinə qalıb!!!!!
Soydaşlarımızın ölümüylə nəticələnən Nardaran olaylarının kökündə xarici instrumental havalara oynayan qüvvələrin sitayiş dualarında yenə də Allahını yemək həvəsi dayanır. Hikkə və qəzəb üzərində qurulan bu olaylarda “fətva qanunları” diliylə kiməsə barmaq silkələmək başlanğıcda da vurğulandığı kimi adamın özü-özünü ifşa etməsidir. Əzizlərim, Azərbaycan dini yox, dünyəvi dövlətdir. Siz dediyiniz qanunlar İranda işləyir, Azərbaycanda yox! Qumdan, Məşhəddən alınan “kitayski” təsbehlər və canamazların, möhürlərin hesabına dolan büdcədən ayrılan pulla qırmızısaqqal mollalar SABİRLƏŞƏN(birinci Nardaran olaylarında mollalar Türk Dünyasının Böyük Fikir Adamlarından olan VHP sədri, xalq şairi Sabir Rüstəmxanlıya ölüm hökmü çıxarmışdılar) VƏTƏN ÖVLADLARIna heç bir şey edə bilməyəcəklər. Çünki güvənə biləcəyimiz MÜSTƏQİL DÖVLƏTİMİZ var.
İstifadə olunan sosioloyi predmetləri məntiqin süzgəcindən keçirəndə şahidi olursan ki, əslində baş verən proseslərin mahiyyətinə diletant xarakter hakim kəsilib. İmam Hüseyn (r.a.) Kərbəla müsibətində son ana qədər qan tökülməsinin əleyhinə olduğu halda özünü “Hüseyn aşiqləri” adlandıranlar kimlərəsə “qan gölündə boğacağıq” ultimatumunu verməklə Nardaranın dövlət içində dövlət olduğunu nümayiş etdirir, müsəlman qardaşını məhv etmək üçün əvvəlcədən topa, tüfəngə sarılır. Əməliniz dediklərinizi təsdiqləmir və dedikləriniz dediyimiz kimliyinizi təsdiqləyir. Belələri rabitəsiz və məntiqsiz çıxışlar etsələr də, onlara şişmanlıq effekti verən maliyyə qaynaqlarıdır. Ancaq Nardaran olayının cəmiyyətə verdiyi xeyir də var. YENİ QÜSURLAR bəlli olur. İşığın, qazın timsalında 42 milyon, 37 milyon manat borcu olan qəsəbəyə NƏDƏN bu vaxta qədər gözün üstə qaşın var deyən tapılmayıb? NƏDƏN aidiyyatı strukturlar ayrıseçkilik edərək belə rəzilliyin ortaya çıxması üçün münbit şərait yaradıb? Adi bir vətəndaşın 20-25 manat borcu olan kimi onun başının üstünü cəhənnəm mələkləri tək kəsdirən bu strukturlar NƏYİN qarşılığında susublar? Nardaranın əlahiddə statuslu qəsəbə kimi təqdimatını gerçəkləşdirən səlahiyyət sahibləri KİMLƏRDİR? Bütün bu suallara da paralel olaraq cavab axtarılmalıdır?
Bu gün istər Qərb dünyası olsun, istərsə də Rusiya və İran bütövlükdə türk dünyasında eksponsionist siyasət yürütməyə çalışır. Mütləq demokratiyanın olmadığı bir halda başqasının 200 ilə keçdiyi yolu Türkiyədən, Azərbaycandan 20 ilə keçirməsi istənilir. Tolerantlığın çox yüksək bir səviyyədə oturuşduğu Azərbaycan inanclı insanların timsalında “Varfolomey gecəsi”ni, Kərbəla müsibətini öz vətəndaşına yaşadan ölkələr tərəfindən tənqid hədəfinə çevrilir. Bu gün imam Hüseyn (r.a.) müsibəti İranda baş verir. Yezidlər Urmiya gölünün suyunu qurudub “Hüseyn aşiqləri” olan Azərbaycan türkünü dil-dodağını yalamağa məcbur ediblər, türklərin öz dillərində danışmalarına belə yasaq qoyulub. İran adlanan ölkədə bu gün Kərbəla müsibəti yaşanmaqdadır. Bütün beynəlxalq Konvensiyalara tüpürülür, bütün insan haqları tapdalanır. “Qurani-Kərim”i məxməri üzlüklər altında taxçalarda toz basır, fətvalar “ŞEYTAN AYƏLƏRİ” əsasında verilir. Assimlyasiya prosesi hələ qalsın bir yana, bu gün İranda edam yoluyla Azərbaycan türklərinin soyqırımı həyata keçirilir.
ELƏ İSƏ NƏDƏN özünü “Hüseyn aşiqi” adlandıran və ürəyi İran pəncərələrinə sarı boylanan leylək sədaqətli “iranofillər” öz müsəlman qardaşlarının haqqını qırmızısaqqal mollalardan tələb etmirlər? Dini dar olan “dindarlar”ın kor məhəbbətləri MAZANDARAN EŞŞƏKLƏRİnin hüsni-cəmalını vəsf eləyə bilmədiyi üçün vüsala qovuşamalarını dövlət strukturları zamanında ala bildi. Putinlə Həsən Ruhaninin “türklər üzr istəməlidir” atmacaları bunlara da bəhanə verdi ki, öz eşqlərini izhar eləsinlər. “İranofillər” öz kosmik düşüncələrini dilə gətirəndə elə bilirsən ki, rəhmətlik Xomeyni, “rusofillər” də yaşmaqlarını götürəndə elə bil I Pyotr xortdayıb danışır...
HAŞİYƏ: Bir gün Molla üzü üstə yerə düşmüş güzgünü görüb götürür. Nə olduğunu bilmir. Ancaq güzgüyə baxanda öz əksini görüb məəttəl qalır. Cürbəcür pantomim hərəkətlər edir. Güzgüdəki əksin də eyni hərəkətlər etdiyini görəndə “bunun sahibi yanında imiş ki!”- deyib, tez güzgünü yerinə qoyub çıxıb gedir. İndi bizim “iranofillər”lə “rusofillər”imiz də bax o gündədir. Putinin min bir oyunuyla Mazandarandan gələn səda eşidilən kimi bunlar da eyni davranış sərgiləyirlər. Mollalarla oturub duran axırda mürdəşir olar. Üstəlik mollalar adətən ölüləri daha çox istəyirlər. Çünki ölülərdən halva yeyən mollalar dirilərdənsə töhmət yeyir. Və mollanın bağrı onda çatlayır ki, iki yerə birdən ehsana çağırırlar. İndi bir yandan Suriya, bir yandan da Azərbaycan adlı zəfəran həsrəti?
Di gəl ki həm ta Putin və Ruhanidən tutmuş onların AXIRINCI YOLÇULARInadək hamısının tavaları dəlikdir – yağ tutmaz, taxtaları da çürükdür- mıx tutmaz. Sizlər də sahibinizdən qabaq bostana girməyin, ocağımızın başında oturaraq milli kimliyimizə qənim kəsilənlər! Şizofrenik davranışlar nümayiş etdirməyiniz və bizim CAVAB HAQQImız kimliyinizə ayna tutur.
P.S: SINDIRDIĞINIZ GÜZGÜNÜN QIRINTILARINDA ÖZ EYBƏCƏ R ƏKSİNİZƏ BAXMAĞA TÜRKLƏR TƏRƏFİNDƏN MƏCBUR EDİLMƏYİNİZƏ ÜZÜLMƏYİN!!!
İGİD TEYMURLU