Redaktor seçimi
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Günün xəbəri

«The New Times» Kadırovun 30 minlik gizli ordusundan yazdı - FOTOLAR

ramzan

 

«The New Times» Çeçenistan prezidenti Ramzan Kadırovun gizli silahlı dəstəsindən yazıb. Yazı rusiyalı siyasətçi İlya Yaşinin Boris Nemtsovun qətlinin bir illiyinə həsr etdiyi hesabata istinadən hazırlanıb.
 Xeberinfo.com: Xarici mətbuata istinadən xəbərə görə, hesabatın "Şəxsi ordu" adlı bölməsində həmin dəstənin Rusiya hökumətinə deyil, birbaşa Kadırovun əmrinə tabe olduğu bildirilir.

 

 

Qəzet yazır ki, Kadırovun əsgərləri Donbasdakı döyüşlərdə aktiv iştirak edir. Dəstənin 30 min üzvü var. Onların böyük əksəriyyəti formal olaraq Rusiya Silahlı Qüvvələrinin və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşlarıdır:

 

«Onlar federal hökumət orqanlardan asılı deyillər və yalnız Kadırova tabedilər. Kreml təkcə Çeçenistana belə bir imtiyaz verib. Dəstə üzvlərini başlarına qoyduğu yazılı papaqlardan da tanımaq olur. Papaqların üzərində "KRA" yazılıb – "Kadırov Ramzan Axmatoviç." Onların idarə etdikləri avtomobillərin nömrələri də KRA-dır».


Yazıda qeyd olunur ki, dəstədə prezident Kadırovun amnistiyaya saldığı keçmiş separatçılar da yer alır: «Əfv etməklə Kadırov onlara əllərinə yenidən silah götürmək şansı yaradıb. Təbii ki, bütün bunlar onun nəzarəti altında baş verir. Vaxtilə rus ordusu ilə döyüşən bu adamlar həm aldıqları maaşa, həm statuslarına, həm də azadlıqda və sağ olmalarına görə Kadırova borcludurlar». 

 

 

Dəstə «Ölüm» batalyonunun tərkibində Donbasda ukraynalı əsgərlərə qarşı da döyüşür. Son illər onlar Moskvada da fəallaşıblar: «Çeçenistanda onların əsas vəzifəsi rejimi və «şef»lərini (Kadırovu) qorumaqdır. Onların bir qismi də Kadırova yaxın olan iş adamları və siyasətçilərin mühafizəsini təşkil edir. Aralarında Moskvadakı kriminal «avtoritet»lərə dəstək verənlər də var». 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam