RUSUN FARSLA SİĞƏSİ VƏ KİM ÇEN İRİN AĞIZ İFRAZATI
AZADLIQ “ZƏNGULƏ”SİNDƏ AQİL ABBASLA RƏŞAD MƏCİD XALLARI
Rusiya uçağının vurulmasından sonra yaranan hay-küy Putini və Putingilin “petuxları”nı yaman banlatdı. Həm kəndi küllüklərində, həm də başqa-başqa yerlərdə - İranda, Koreyada və elə Rusiya imperiyasının öz içində. Quyruqlarını göstərən həmin “petuxlar” indi də tülkü andı içməkdədilər...
“Zatıqırıq” RAMZAN KADIROV VƏ RUSLAN AUŞEV HƏQİQƏTİ: sovet dönəmində Uzaq Şərq hərbi dairəsində xidmət etdiyim zaman adıçəkilən dairənin komandir müavini olan Puslan Auşev keçirilən yarışların birində qumbaraatandan sərrast atəş açdığımı və ikinci yerə layiq görüldüyümün şahidi olanda belə demişdi: “Halal olsun, Qafqaz bahadırı! Sən “qafqazlılar ancaq stroybada yarayırlar” deyənə sərt bir şillə vurdun”. O zaman 34 yaşlı general bu açıqlamasıyla “xalqlar həbsxanası”na çevrilən SSRİ imperiyasının təpəsinə bir yumruq endirmiş və həm də əzilməyə aşağılanmağa “yox” deməyin vaxtının çatdığını bildirmişdi. Sonradan Qarabağ savaşında Şamil Basayev bizimlə birgə rusların, ermənilərin başına o yumruğu endirdi. Onlar çeçen balaları idilər, Ramzan Kadırov kimilərsə biçaq qorxusundan özünü yumurta üstündə oturan toyuq davranışı nümayiş etdirirlər. Auşevin söylədiyi həqiqətin üstündən 30 ilə yaxın bir vaxt keçib, Ramzan Kadırov adlı “qafqazlı”sa qaqqıltısıyla yumurtlamasını nəinki Putinə, həm də yüz evə belə çatdırdı. Hələ bir ömür də yaşaya bilər, daha əlinə süpür gə almasa da olar. Türkiyə hava sərhəddini pozan rus uçaqlarının türk şahinləri tərəfindən vurulmasını Əhməd Kadırovun yetimçəsinin “Türkiyə üzr istəməlidir” kimi dəyərləndirməsi, islam dininə yanaşmasında olan iddiaları onun zatıqırıqlığından irəli gəlir. Dini liderimiz və Çeçenistanın Milli Qəhrəmanı olan Allahşükür Paşazadənin elədiyi yaxşılıqlar burnundan gəlsin...
Kadırovun dalından da Xomeyninin EYNİSİ çıxdı. HƏSƏNin RUHu ANİ olaraq dilləndi. Və o da “Türkiyə üzr istəməlidir” deyib öz feyzini nümayiş etdirdi. Ay ermənini özünə bəradər sanan Həsən Ruhani, Saqqalda feyz olsaydı, Keçiyə Kəraməddin Ağa deyərdilər. Xəzərə münasibətdə MAZANDARAN ÇAQQALI da vaxtilə gecəni xəlvət sanmışdı. Ancaq sonradan özü də qandı ki Çaqqaldan çox çarıq aparan olmasa da, ancaq yenə ayağı yalındır ki, yalın...
Kim İr Senin anadan olması şərəfinə özünün 103-cü ilini yaşayan KOREYAnın indiki prezidentisə lap qabağa gedib “Türkiyənin yer üzündən silinməsi”ni arzulayır. Arzulamır, daha doğrusu, bala KİM ÇEN İRin rəsmi bioqrafiyasına inansaq, “tualetə getmədiyi” üçün indi də onun orqanizmi türk şahinlərinin vahiməsindən içindəki ifrazata dözməyib, murdarlığı da el diliylə desək, ağzından pöüsgə verib...
Maraq və qorxu doğuran hal bundan ibarətdir ki, rəsmi İranın bəyanatından sonra AZƏRBAYCANDA da bir para qüvvələr dolayısı yolla Rusiyanın yanında olduqlarıyla bağlı ismarıc göndərdilər. Üstəlik sonradan 6 nəfərin ölümü ilə nəticələnən NARDARAN OLAYLARI həm də İran təhsil nazirinin Azərbaycana səfəriylə üst-üstə düşdü. Və beləliklə, həm Rusiya, həm də İran “xoşnud” edildi!!!!!
Təəssüf doğuran digər bir məqam: Türkiyə-Rusiya münasibətlərinin kəskinləşdiyi bir məqamda I Pyotrun nəvələrindən də qabaq babaları rus və ermənilər tərəfindən min bir zillətə düçar olan DIRNAQARASI ZİYALILAR da konuşdular. YAZIQ MİLLƏT....YAZIQ DÖVLƏT...YAZIQ QƏLƏM...YAZIQ SÖZ GÖR KİMLƏRİN ÜMİDİNƏ QALIB!? MƏHƏMMƏDHÜSEYİN ŞƏHRİYAR da YAZAR sayılırdı, Rəşad Məcidlə Aqil Abbas da!!!! “Sevil Nuriyeva mənim səviyyəmdə adam deyil” deyən Aqil Abbas görən böyük şairimiz Şəhriyarın bir misrası səviyyəsinə qalxa bilibmi? Bu, o Şəhriyardır ki, hələ 20 Yanvar qətliamı, Xocalı soyqırımı olmamışdan da öncə “kömək umma sarılardan: qalx ayağa, Azərbaycan!” deyirdi. Amma ruslar və ermənilər tərəfindən olmazın faciələr başımıza gətiriləndən və bunu görəndən sonra belə Şəhriyar kimi YAZARLAR kateqoriyasına adını pərçimləyən, “Türkiyə üzr istəməlidir” deyənlərdən olan AQİL ABBASla RƏŞAD MƏCİDin mövqeyi adamı yandırıb yaxır. Türklərə qarşı ermənilər və ruslar tərəfindən yazılası belə mümkün olmayan bütün oğraşlıqların işlədildiyini ən kiçik detallarına qədər bilən “qaçqın” statuslu bu adamların məsələyə yanaşmaları adamı dəhşətə gətirir. Belələrinə baxanda mən Ruhaniyə də, Kadırova da, Kİm Çen İrə də haqq qazandırıram. Bu Aqil Abbasla Rəşad Məcidin I Qarabağ savaşında əsir götürülən qız-gəlinin harada olmasından, 8 martda onların necə təbrik edilmələrindən xəbərləri varmı?! Başları cürbəcür qalmaqallara qarışan bu kəslər Ağdamlı NÜŞABƏ MƏMMƏDLİNİN “ZƏNGULƏ” povestini oxuyublarmı? Aqil Abbas burda Bakının göbəyində oturub özündən sənədli filmlər çəkdirir, təmas xəttini guya ki, qəhrəmancasına keçib, “gəlin, gəlin da, ay millət, gedən varmı?!” deyə saxtakarlıq nümayiş etdirir... Elə isə, Dilqəmgil o xətti keçib bunlardan fərqli olaraq dədə-babalarının qəbrini ziyarətə gedəndə niyə Aqil Abbas və “Ağ Qoç, Qara Qoç” seyrəngahında gününü bir peraşkiylə keçirən YAZARLARla müqayisədə daha çox dəbdəbəli həyat tərzi sürən Rəşad Məcid harada idi? Niyə Dilqəmgilə qoşulub dədə-baba yurdlarına yürümədilər? Hər halda Məmməd Araz kimi ünlü şairimizin kürəkəni olan Aqil Abbasın belə olacağı təqdirdə ermənilər tərəfindən həbs olunacağı, yaxud öldürüləcəyi daha böyük ayiotaya səbəb ola bilərdi və həm də vətənpərvərlik ruhunu da yüksəldərdi. Ancaq bu adamlar millətin dərdi üstündə manipulyasiya etməyə üstünlük verdilər...Rusların yedirdikləri ermənilər də orada yaxşı kino çəkirlər, fərqindəsinizmi, “təki mən salim olum” deyə ay ağ günə çıxandan sonra AĞ DAMLARı unudanlar!!!!
Son dövrlərdə baş verən hadisələrin daha gərgin çalarlarla müşayiət olunması və buna münasibətdə sərgilənən mövqelər bütövlükdə türkçülüyün hədəf götürüldüyünü apaydın ortaya qoymaqdadır. Keçmişi demirəm, hətta yaxın tariximizə belə ekskurs edəndə də görünür ki, dövlətçiliyimizi və millətçiliyimizi hədəf götürən qüvvələr öz maraqlarını gerçəkləşdirmək üçün hər zaman birgə mövqedən çıxış etmişlər. Rusiya və İran Azərbaycanı ikiyə bölməklə bütövlükdə türkçülüyün bütövləşməsini zaman etibarilə geçikdirdilər. Digər bir tərəfdən, görünən budur ki, I Pyotrun “Vəsiyyət”naməsinin gerçəkləşməsi üçün farslar da ruslarla birgə işbirliyindədilər. “..Fevral ayının 10-da İsanın anadan olmasının 1828-ci ilində bağlanan TÜRKMƏNÇAY MÜQAVİLƏSİ”ndə də vurğulandığı kimi “bütün Rusiya imperatoru həzrətləri və İran şahı həzrətləri arasında, onların vərəsələri arasında .....hər zaman dostluq və tam razılıq olmalıdır”. Həmin “dostluq” bu gün də davam edir – hislərini cilovlaya bilməyərək ekstaz vəziyyətinə düşən rusla farsın siğəsi və formal yengələrin harayını görmürsünüzmü!?
Hindistandan Avropaya qədər genişlənməyi və İstanbulu da Rusiyanın paytaxtı olmasını arzulayan I PYOTRUN “VƏSİYYƏTNAMƏsi”nin 12 bəndinin hər biri 1721-ci ildən ta bu günədək indiki Rusiya imperiyasının xarici siyasətində əsas ana xətti təşkil edib. Görün Pyotr nə deyir: “..bu məqsədi (Rusiyanın dünya ağalığını həyata keçirməklə İctanbulun da paytaxt olmasını) həyata keçirmək üçün həmişə Osmanlı və İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni-şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada artırmaq üçün sünni-şiə ixtilafları yaxşı bir vasitədir”. Bu gün Rusiya “sünni-şiə” ixtilafını gerçəkləşdirməkdə israrlıdır. Həm Rusiya, həm də İran Suriya məsələsində ikibaşlı oyun qurmaqla istənilən variantda türklərin məhvini planlayıblar. Bir çox məqamda həmin məsələyə Qərbin dəstəyi də apaydın görünür. Rusiya aktiv şəkildə müharibəyə qoşularaq Suriya türkmanlarını qətlə yetirdiyi kimi İran da müharibəyə tam aktiv olaraq qoşulacağı təqdirdə indiki İranda yaşayan türkləri canlı hədəf kimi bölgəyə göndərəcək. İran-İraq müharibəsində türkləri qırğına verən İran bu dəfə də türklərin say etibarilə azalmasını stimullaşdıran şansı əldən verməməyə çalışacaq...
Rusiya uçağını Türkiyə haqq edərək vurub. Ancaq Türkiyənin Amerika və Qərb dünyası tərəfindən Suriyada süni şəkildə yaradılan cəhənnəm vadisinin sakininə çevrilməsinə heç bir vəchlə yol verilməməlidir. Qaldı ki, uçaq vurulandan sonra rus “petuxları”nın banlamasına, qoy banlasınlar. Xoruz nə qədər silkələnsə də, tükü bir çəngədir....
P.S: SONRA DA DEYİRLƏR Kİ, BƏS FİLANKƏS NÖŞ BELƏ DEYİB...ELƏ BELƏ EDİRSİZ Kİ, ELƏ DƏ DEYİRLƏR DƏ... LAP ELƏ ƏCƏB ELƏYİB...
P.P.S: AQİL ABBASLA RƏŞAD MƏCİD ƏDƏBİYYATDA ADLARIYLA BAĞLI YENİ SƏVİYYƏ TƏQDİM ETDİLƏR. GƏNC YAZARLAR, O “SƏVİYYƏ”NİN QURBANLIĞINA ÇEVRİLMƏYİN!!!!
İGİD TEYMURLU