Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Kadırov “Dudayev” sui-qəsdindəki ittihama cavab verdi

Kadırov “Dudayev” sui-qəsdindəki ittihama cavab verdi

 

 

 

Cövhər Dudayev batalyonunun rəsmi nümayəndəsi Əminə Okuyevanın ölümünün arxasında Ukrayna xüsusi xidmət orqanları dayanıb

 

Yenixeber.org:  Bu sözləri Teleqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.

“Ayı sənin qarşında dayandığı zaman ayı izi axtarmaq lazım deyil. Kiyevdə yaxşı bilirlər ki, Nikiforovanı (Okuyeva əvvəl Anastasiya Nikiforova adlandırılıb – red.) amansız şəkildə öz doğma xüsusi xidmət orqanları atəşə tutublar. Onlar bununla özlərinin Qərbdəki sahiblərinin diqqətini hökumət əleyhinə mitinqlərdən yayındırmaq, Rusiyanı öz bəlalarında yenidən günahkar elan etmək istəyiblər”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Dudayev batalyonunun rəhbəri Adam Osmayevin avtomobili güllələnib. Nəticədə Osmayev yaralanıb, onun həyat yoldaşı Əminə Okuyeva başından aldığı güllə yarasından həlak olub.

Osmayevə bundan öncə iyun ayında hücum olmuşdu. O zaman Sankt-Peterburqdan olan çeçen əsilli sahibkar Artur Denissultanov Osmayevi yaralamış, onun həyat yoldaşı Okuyeva isə cavab atəşi ilə sahibkarı vurmuşdu. Denissultanov sui-qəsdini həyata keçirməzdən əvvəl cütlüyə özünü Fransanın “Le Mond” qəzetinin nümayəndəsi kimi təqdim etmişdi.

2012-ci ilin fevralında Rusiya və Ukrayna xüsusi xidmət orqanları Odessada çeçen Adam Osmayev, Ruslan Madayev və qazaxıstanlı İlya Pyanzindən ibarət 3 nəfərlik ekstremist dəstənin saxlanılması ilə bağlı məlumat yaymışdılar. Məlumata görə, həmin şəxslər Rusiya Prezidenti Vladimir Putin və Ramzan Kadırova qarşı sui-qəsd həyata keçirmək istəmişdilər. Osmayev 2014-cü ilin noyabrında azadlığa çıxmışdı.

 

Ukraynada Cövhər Dudayev adına çeçen batalyonunun komandiri məşhur general İsa Munayevin 2015-ci il fevralın 1-də Debaltsova yaxınlığında gedən döyüşlərdə həlak olmasından sonra Osmayev bu batalyona rəhbər gətirilmişdi. Sonradan Rusiya mətbuatı Munayevin ölümündə məhz Osmayev və Akuyevanı günahkar bilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam