KÖHNƏ SURAXANI YARDIMLILARINA DUYĞUSAL XİTAB
SİZİ AND VERİRƏM TƏK OLAN ALLAHIN ÖZ İZZƏTİ-CƏLALINA Kİ, BU YAZINI OXUYANADAN SONRA MƏNİ YAĞLA YAĞLAYIB, SARIMSAQLA DAĞLAMAYIN, GEDİN SIR DƏRRYAYA DAŞ ATIN
SİZİ AND VERİRƏM SIRIQ SEYİDLƏRİNİN MİZAN ƏLLƏRİ, TƏRƏZİ GÖZLƏRİ XATİRİNƏ!
SİZİ AND VERİRƏM HƏZRƏT ABBASIN DÜŞƏN QOLLARINA!
SİZİ AND VERİRƏM QƏTİYYƏN İSRAFÇILIĞA YOL VERMƏYƏN HÖKUMƏTİMİZİN KƏRAMƏTİ SAYƏSİNDƏ GÖZÜMÜZÜ DİKDİYİMİZ QƏPİKLƏRİ HATƏMİNİN DAL CİBİNƏ DOLDURARAQ GECƏ YATMAYIB. GÜNDÜZ OTURMAYIB HƏSRƏT DOLU YOLLARI QƏT EDƏRƏK QOVUŞDUĞUMUZ MƏŞHƏDDƏN ALDIĞIMIZ, ONLARIN GƏLİR MƏNBƏYİNƏ ÇEVRİLƏN KİTAYSKİ ÇƏRƏKƏ İLƏ ETDİYİMİZ ZİKRƏ!
SİZİ AND VERİRƏM NAMAZ QILARKƏN ALIN QOYDUĞUMUZ MÖHÜRÜ ƏLDƏ ETMƏK ÜÇÜN TORPAĞINI KİSƏYLƏ DAŞIDIĞIMIZ KƏRBƏLA ÇÖLLƏRİNİN ZÜLMƏT GECƏLƏRİNƏ!
SİZİ AND VERİRƏM DİZİN-DİZİN SÜRÜNƏRƏK ONA YETMƏYİ NƏZİR BOYUN ALDIĞIMIZ, İÇİNDƏ KİMİN BELƏ UYUMASINDAN XƏBƏRİMİZ OLMAYAN ABİDƏRDƏNİN NUR SAÇAN GÜNÜDÜZÜNƏ!
SİZİ AND VERİRƏM ŞAH QACARIN, ŞAH HADİRİN QIZILA BÜRÜDÜYÜ, SƏUD ÖVLADLARI OLAN VƏHABİLƏRİN DARMADAĞIN EDƏRƏK ÇAPIB TALADIQLARI İMAM HÜSEYN TÜRBƏSİNİN GÜNBƏZİNƏ!
SİZİ AND VERİRƏM "UÇAN İLANLAR"IN QORXUSUNDAN DAŞINA BELƏ TOXUNMAĞA CƏSARƏT ETMƏDİYİMİZ, HANSI ŞƏXSİYYƏTƏ BELƏ MƏNSUBLUĞU BİLİNMƏYƏN, DAŞLARINDA MİNİLLƏRİN TARİXİ GİZLƏNƏN ALÇABULAQ KƏNDİNDƏKİ TÜRBƏNİN YIXILIB YERDƏ QALAN SİRGİLƏ AĞACININ MÖCÜZƏSİNƏ, QORXUMUZDAN GÖTÜRMƏDİYİMİZ SINAN BUDAQLARIN GÖZLƏNTİSİNƏ!
SİZİ AND VERİRƏM ALNIMIZI SÜRTƏ-SÜRTƏ AĞAPPAQ ELƏDİYİMİZ ƏLİABADDAKI, ORA DEYİLƏN YERDƏKİ ƏLİ DAŞINA!
SİZİ AND VERİRƏM UCA PEYĞƏMBƏRİMİZİN SÜLH TƏKLİFİNƏ RƏDD CAVABI VERƏN SASANİ İMPERİYASININ YEKƏBAŞLARININ ƏRƏB XİLAFƏTİ QARŞISINDA RAM OLDUQLARI GÜNƏ!
SİZİ AND VERİRƏM 4-CÜ İMAMIMIZ ZENALABİDİNİN (R.A) QÜRBƏTƏ DÜŞƏN RƏHMƏTLİK ANASININ YURD, VƏTƏN SEBGİSİNƏ!
SİZİ AND VERİRƏM O MÖMİNƏ XATUNUN DƏDƏSİNİN YURDUNDA ÇATILAN OCAQ YERİNDƏKİ KÜLƏ!
SİZİ AND VERİRƏM NƏTİCƏ ETİBARİLƏ MOTİVİNDƏN ASILI OLMAYARAQ "BİZİ MURADIMIZA ÇATDIRAN" QURD YAĞINA, KECƏLƏ BEYNİNƏ!
SİZİ AND VERİRƏM İRANDA QUMa BATIB, VAXTİLƏ "İRAN" ADLANAN DÖVLƏTİN FƏXR ETDİYİ, İNDİSƏ BİLƏRƏKDƏN SUSUZLAŞDIRILAN URMİYA GÖLÜNÜN DİLİNDƏN SƏSLƏNƏN "VAVEYLA"NI DİNLƏYƏN QULAQ SEYVANLARIMIZIN TUTDUĞU RİTMƏ!
SİZİ AND VERİRƏM DUA-PİTİLƏRİYLƏ AZ QALA ƏZRAYILA BELƏ SAQQIZ ÇEYNƏTDİRƏ BİLMƏK İDDİASINDA BULUNAN QARA ƏBALI, AĞ ƏMMAMƏLİ, FEYZİ SAQQALDA GÖRƏN, FARSİ LƏHCƏSİNDƏ KONUŞMAĞI SAVAD MÜCƏSSƏMƏSİ SANAN MOLLALARIN ÖLÜLƏRİN ŞOTUNA DOLAN CİBLƏRİNİN DƏRİNLİYİNƏ!
SİZİ AND VERİRƏM XURAFATA, MÖVHUMATA, CƏHALƏTƏ, ZƏLALƏTƏ, MƏLALƏTƏ, ƏZİYYƏTƏ, KEYFİYYƏTSİZ KƏMİYYƏTƏ VƏ BÜTÜN BUNLARIN FONUNDA TƏQDİM ETDİYİNİZ XOŞ NİYYƏTƏ!
SİZİ AND VERİRƏM SİMSİZ aLƏTƏ!
SİZİ AND VERİRƏM "DƏRMANDIR" DEYƏ SEYİDLƏRİN AĞIZLARA "XIXX" ELƏYİB TÜPÜRDÜKLƏRİ LƏTə!
SİZİ AND VERİRƏM HƏCC MƏRASİMİ ZAMANI "MNOQOKRATNİ HACI"LARIN NİYYƏT EDİB KƏSDİRDİKLƏRİ, QANIN, BAĞIRSAĞIN İÇİNDƏ İYLƏNƏN ƏTə!
SİZİ AND VERİRƏM BE ZƏBƏR tƏyə, Ə ZƏBƏR TEYƏ!!!!!!!!!!!
BİR OLAN ALLAHA, BİR OLAN ALLAHA, BİR OLAN ALLAHA İ-NA-NIN!!!
MƏN SİZİ DEYİB GƏLMİŞDİM VƏ SİZƏ DEMƏYƏ GƏLMİŞDİM Kİ, GƏLMİŞDİM DEYƏM Kİ, qarDAŞ VƏ bACILARım HƏMD OLSUN UCA TANRIYA! NÖŞÜN Kİ, BİZƏ UĞRUNDA CAN QOYDUĞUMUZ MÜSTƏQİL DÖVLƏTİN VAROLUŞUNDA BİZLƏRDƏN ÖZ LÜTFÜNÜ ƏSKİK ETMƏYİB. VƏ YENƏ HƏMD OLSUN O ALLAHA Kİ, BU GÜN 50 MİLYONLUQ MİLLƏTİMİZİN SIĞINA BİLƏCƏYİ BİR DÖVLƏTİMİZ VAR VƏ BU DÖVLƏTİN KONSTİTUSİYASINDA BÜTÜN HÜQUQ, VƏZİFƏLƏRİMİZ SƏLİST BİR ŞƏKİLDƏ ÖZ ƏKSİNİ TAPIB. QANUNVERİCİ, İCRAEDİCİ ORQANIN, MƏHKƏMƏ HAKİMİYYƏTİNİN VƏZİFƏLƏRİ MÜƏYYƏNLƏŞDİRİLİB Kİ, ZAMANINDA BİZ VƏTƏNDAŞLARIN PROBLEMLƏRİ DƏ DƏRHAL HƏLL OLUNSUN. ÜZƏRİMİZƏ DÜŞƏN VƏZİFƏLƏR, MƏNƏVİ YÜK DƏ BÜTÜN QANUNLARDA ÖZ ƏKSİNİ TAPIB....
BELƏ OLAN HALDA ƏLİNDƏ BİR SƏLAHİYYƏTİ OLMAYAN KƏSDƏN NƏSƏ TƏLƏB ETMƏK, UMMAQ, UMDUĞUNU ƏLDƏ EDƏ BİLMƏYƏNDƏ, İFADƏMƏ GÖRƏ ÜZR İSTƏYİRƏM, ADAMA VEDRƏ BAĞLAMAĞIN YER ADLARINDAN, REKLAMLARDAN DA GÖRÜNDÜYÜ KİMİ YAD DİLLƏRDƏN ÇOX-ÇOX UCUZ TUTULAN ANA DİLİMİZİN ORFOQRAFİYASINDA ADI YOXDUR!..İNANMIRSINIZSA, DİLİMİZİN ORFOQRAFİYASINI BİR ƏT TİMSALINDA ZƏNN EDƏN DİLÇİ SÖZ SIRIYANLARDAN SORUŞUN!.
KÖHNƏ SURAXANIDA, QARAÇUXURDA, YENİ GÜNƏŞLİDƏ YAŞAYAN YARDIMLILARIN ƏKSƏRİYYƏTİNİN ŞƏXSİ MARAĞA SÖYKƏNƏN İNTƏHASIZ İDDİALARI FONUNDA AXI VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ SƏDRİ SABİR RÜSTƏMXANLI HANSISA BİR SƏLAHİYYƏTƏ MALİK DEYİL. BUNUN ÜÇÜN DÖVLƏT VAR, ƏZİZLƏRİM - VƏTƏNDAŞINA SAHİB ÇIXMAĞA BORCLU OLAN DÖV-LƏT!...
BELƏ DƏ ŞEY OLAR: MƏSƏLƏN, ADAMIN UŞAĞI HANSISA BÖYÜK SUÇ ÜSTÜNDƏ HƏBS OLUNUR.
RÜSTƏMXANLIDAN ONU HƏBSDƏN QURTARMAQ TƏLƏB OLUNUR!!!!
ƏR ARVADDAN, ARVAD ƏRDƏN BOŞANIR - BUNA PÜSTƏMXANLIDAN ÇIXIŞ YOLUNU TƏLƏB EDİRLƏR!!!!!
ASFALT. KANALİZASİYA, SU, QAZ, İŞIQ ÇƏKİLMİR, UNİVERSİTETİ BİTİRƏN GƏNCLƏR İŞLƏ TƏMİN OLUNA BİLMİR, ALINAN ƏMƏK HAQLARI DOLANIŞIĞI TƏMİN EDƏ BİLMİR, ADDIM BAŞI İNSAN HAQLARI POZULUR, DOLAYISI YOLLA SOSİAL NARAZILIQLARIN FORMALAŞDIRILMASI İSTİQAMƏTİNDƏ MƏMUR ÖZBAŞINALIĞI BAŞ ALIB GEDİR, KƏNDLƏRİN, REGİONLARIN ABADLAŞDIRILMASI ÜÇÜN DÖVLƏT BAŞÇISININ SƏRƏNCAMIYLA AYRILAN PULLARIN YERLƏRDƏ HARA XƏRCLƏNDİYİ BİLİNMİR - AİDİYYATI STRUKTURLAR QALIR BİR YANDA, BAƏLAYIRLAR DANIŞMAĞA Kİ, SABİR, SABİRİN PARTİYASI, ONUN PARTİYASININ TƏŞƏBBÜSÜYLƏ MİLLİ MƏCLİSƏ KEÇİRİLƏN SEÇKİLƏRƏ NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLMÜŞ ŞƏXS BƏS HARA BAXIR.
BƏLİ, HAQLISINIZ. ANCAQ SİZİN BU TƏLƏBİNİZ AİDİYYATI STRUKTURLAR QARŞISINDA ÖTƏN SEÇKİ MARAFONUNDA SƏS VERDİYİNİZ MİLLƏT VƏKİLİ TƏRƏFİNDƏN QALDIRILMALI VƏ HƏLLİNƏ NAİL OLUNMALI İDİ. DÖVLƏT BAŞÇISI ALQIŞLANASI BİR TƏRZDƏ VURĞULAYIR Kİ, MƏN BU XALQIN XİDMƏTÇİSİYƏM. ANCAQ SƏNİN YERLİ MƏMURLARIN, HAQQ SƏSİNİ YUXARI İNSTANSİYALARA ÇATDIRMAQDA YÜKÜMLÜ OLAN ŞƏXSLƏR ÖZLƏRİNİ BƏY KİMİ APARIRLAR. SƏN DƏ ƏVƏZİNDƏ VHP-Nİ, PARTİYANIN SƏDRİ SABİR RÜSTƏMXANLINI, VHP-NİN TƏŞƏBBÜSÜYLƏ MİLLİ MƏCLİSƏ SEÇKİLƏRƏ NAMİZƏDLİYİ İRƏLİ SÜRÜLƏN ŞƏXSİ SUÇLAYIRSAN. KİMDİR GÜNAHKAR?...
AMMA MÜƏYYƏN MƏNADA RÜSTƏMXANLININ DA GÜNAHI VAR. ƏN AZINDAN ƏGƏR ORTALIQDA BUNCA AQRESSİYA VARSA, DÜŞÜNMƏYİNƏ DƏYƏR. BÜTÖVLÜKDƏSƏ SABİR RÜSTƏMXANLI ZAMANINDA BƏXTİYAR VAHABZADƏ ÜÇÜN DEDİYİM VƏTƏNDAŞINA SAHİB ÇIXA BİLMƏYƏN VƏTƏN KATEQORİYASINA AİD OLAN TÜRK AYDINLARINDANDIR. VƏ BU KATEQORİYADAN OLAN İNSANLAR VƏTƏNLƏŞİBLƏR, SÖZÜYLƏ, YARADICILIĞIYLA VƏTƏNİN BİR PARÇALARIDIRLAR. GƏLİN BİZ DƏ BİR MİLLƏT OLARAQ BU VƏTƏNİMİZİ SEVƏK...
SİZİ AND VERİRƏM TANRI SEVGİSİNƏ, SİZİ AND VERİRƏM OĞUZ XAQAN ÖYGÜSÜNƏ SEVƏK VƏTƏNİMİZİ, MİLLƏTİMİZİ, DÖVLƏTİMİZİ. VƏTƏN "MƏN"DƏN BAŞLAYIRSA, ÖZÜMÜZƏ HÖRMƏT EDƏK, ÖZÜMÜZƏ QAYIDAQ, ÖZÜMÜZ OLAQ. ÇÜNKİ BİZ ÖZÜMÜZ OLANDA BÖYÜK OLURUQ.
SİZİ AND VERİRƏM İSTƏKLƏRİMİZİN, NİYYƏTLƏRİMİZİN ÇİN OLMASI ÜÇÜN SIRIQ SEYİDLƏRİNİN QAPILARINDA GÜNLƏRLƏ İŞLƏDİYİMİZ KEÇMİŞ ZAMANLARA, BÖYÜKLÜYÜMÜZ XATİRİNƏ İSTEHZALARA DÖZMƏYİ BACARIN!
AND OLSUN, ÖZÜMÜZ SÜDƏ, PENDİRƏ HƏSRƏT İKƏN QAPI-QAPI DİLƏNƏN "SEYİD"LƏRİN HƏYƏTİNƏ APARIB BAĞLADIĞIMIZ BALALI İNƏYİN BOYNUNA VURDUĞUMUZ İLGƏYƏ Kİ, İSTEHZALAR İNSANDA DAVRANIŞ GÖZƏLLİYİNİ FORMALAŞDIRIR. ONA GÖRƏ DƏ MƏNİM İSTEHZALARIMI SƏMİMİ QƏBUL EDİN Kİ, RƏHMƏTLİK MƏMİ KİŞİ SAYAQ GEDİB YEKƏ DƏRƏDƏ ÜÇKÜNC DUA-PİTİ YAZMAYIM....
P.S. AY KÖHNƏ SURAXANILI YARDIMLILAR. DURUN GEDƏK SABİR RÜSTƏMXANLININ YANINA - VHP-YƏ, GÖRƏK NÖŞ QOVURĞA QARIN DOYURMUR. VƏ NÖŞÜN BİZ YAZDA HƏRƏKƏT ELƏMİRİK Kİ, PAYIZIN 1 NOYABRINDA DA BƏRƏKƏTİNİ GÖRƏK.