Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İlham Əliyev Serbiya və Litva prezidentlərini təbrik edib

 

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb.   

"Xeberinfo.com":  Məlumata görə, təbrikdə deyilir:   "Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.   
İnanıram ki, Azərbaycan-Serbiya dostluğu və əməkdaşlığı, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və möhkəmlənəcəkdir.   Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Serbiya xalqına sülh və tərəqqi arzulayıram".   
Dövlətimizin başçısı Litva Prezidenti Dalya Qribauskayteni də təbrik edib.   Məktubda qeyd olunur: "Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.   Mən Azərbaycanın mühüm tərəfdaşlarından biri kimi Litva ilə münasibətlərə xüsusi əhəmiyyət verirəm. İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda bundan sonra da birgə səylərimizi davam etdirəcəyik.   Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam