Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

“L.Yunusla bağlı baş verənləri normal hesab edirəm“

 

 

   

     Zərdüşt Əlizadə  "Hüquq müdafiəçisi Leyla Yunusla bağlı baş verən bütün bu olaylarda qəribə heç nə yoxdur".
    "xeberinfo.com": Tanınmış hüquq müdafiəçisi Sülh və Demokratiya İnstitutunun Direktoru Leyla Yunusun ölkəni tərk edərkən saxlanılması hələ də müzakirə mövzusu olaraq qalmaqda davam edir. Tanınmış jurnalist Rauf Mirqədirovun həbsindən sonra Leyla Yunusun saxlanılması, həmçinin bu günə qədər «xalq diplomatiayası» adı altında Ermənistanla əlaqədə olan şəxslərin yeni həbs dalğasının olacağı ilə bağlı hakim partiaya nümayəndələrinin fikir səsləndəirməsi də məsələnin ciddiliyindən xəbər verir. 
     Uzun müddət Leyla Yunusla birlikdə çalışan politoloq Zərdüşt Əlizadə isə açıqlamasında bildirib ki, Leyla Yunusun və əri Arif Yunusun saxlanılmasını normal hal kimi qəbul edir: “Əslində bu gün yaşananlar hakimiyyətin hər zamankı siyasətinin davamı deməkdir. Hakimiyyət hər zaman azad sözə, azad fikrə qarşı mübarizə aparıb və bu təzyiq siyasəti heç vaxt səngiməyib. Bu gün də həmin siyasət davam etdirilir. Bu səbəbdən də mən L.Yunusla bağlı baş verənləri normal hesab edirəm. Hesab edirəm ki, bu cür deyil, başqa cür olsaydı məhz o zaman təəccüblü olardı”.


Yurddaş Partiyasının sədri Mais Səfərli isə Sülh və Demokratiya İnstitunun (SDİ) Bakı ofisinin rəhbəri Leyla Yunusun və onun əri Arif Yunusun ölkədən çıxmamaları haqqında iltizam vermələrinə rəğmən, Fransa və ABŞ səfirliklərinin dəstəyi ilə Qətərə və oradan da Fransaya qaçmaq cəhdlərinə münasibəti bildirərkən deyib ki, hüquq mühafizə orqanları öz işlərini yaxşı bilirlər:  "Azərbaycan demokratik və hüquqi dövlətdir. Yəni kimliyindən asılı olayaraq, hər kəs törətdiyi əmələ görə qanun qarşısında cavab verməlidir. Heç kəs əsassız saxlanılmır. Leyla Yunus və Arif Yunusun saxlanılması ilə bağlı bəzi qüvvələrin bu məsələni özlərinə məxsus formaya yönəltməyə çalışması həmin qüvvələrin Azərbaycan qanunlarına və Konstitusiyasına hörmət etməməlidir".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam