Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Bütün həyatım Azərbaycanla bağlıdır” -Rusiyalı professor

“Bütün həyatım Azərbaycanla bağlıdır” -  Rusiyalı professor
“Bilirəm ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgindir. Mən elm adamıyam, siyasət məndən çox uzaqdır. Mənim mövqeyim bütün dünyada sülhün olmasıdır”.

Yenixeber.org: Bunu “Moskva-Bakı” portalına açıqlamasında biologiya elmləri doktoru, Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin professoru Nikolay Drozdov deyib.
Professor Azərbaycanla onu uzun illərin dostluq münasibəti bağladığını vurğulayıb.

“Azərbaycanda sülhün bərqərar olmasını, qürurlu Azərbaycan xalqının bu acının öhdəsindən gəlməsini arzulayıram. Əvvəllər mən hər il Azərbaycana səfər edirdim, tələbə kimi universitetdə təcrübə keçirdim, sonra elmi səfərlərdə, veriliş çəkilişlərində olurdum.

Uzun illər Qara Mustafayevlə dostluq etmişəm, ona hətta "Bakının Drozdovu" deyirdilər. O, Azərbaycan televiziyasında təbiət verilişi aparırdı. Onunla dost idik, amma təəssüf ki, 90-cı illərdə əlaqə kəsildi.

Mən Heydər Əliyev və onun böyük qardaşı, azərbaycanlı alim Həsən Əliyevlə də tanış idim. Hətta onunla bir veriliş də etdim. Çox maraqlı insan idi. Bütün həyatım Azərbaycanla bağlıdır və sevimli ölkəmin belə bir dərdlə üzləşməsi məni kədərləndirir", - deyə Drozdov əlavə edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam