Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı Dövlət Universitetinin Qazax filalının direktoru vəfat etdi

Vüsət Əfəndiyev Coğrafiya fakültəsinin kafedra müdiri də olub.

 

Yenixeber.org: Bakı Dövlət Universitetinin Qazax filalının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əmir oğlu Əfəndiyev dünyasını dəyişib.

V.Əfəndiyev Coğrafiya fakültəsinin kafedra müdiri də olub.

V. Əfəndiyev 1953-cü ildə anadan olub. 1977-1978-ci illərdə Azərbaycan EA Coğrafiya İnstitutunda baş laborant, kiçik elmi işçi vəzifəsində çalışıb. V.Ə.Əfəndiyev “Bakı aqlomerasiyasının ətraf zonasının ərazi təşkili” mövzusunda namizədlik, 2004-ci ildə isə “Sosial-iqtisadi və siyasi coğrafiya” ixtisası üzrə “Azərbaycanda urbanizasiyanın iqtisadi-coğrafi problemləri” mövzusunda doktorluq disertasiyasını müdafiə etmişdir. O, 2007-ci ildən professordur.

Prof.V.Ə.Əfəndiyev 1987-1991-ci illərdə Geologiya-coğrafiya fakültəsində dekan müavini, 1991-1999-cu illərdə yeni yaradılan Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1999-2004-cü illərdə BDU-nun qiyabi və axşam təhsili üzrə prorektor, 2004-2011- ci illərdə isə BDU-nun tədris işləri üzrə prorektoru vəzifəsində işləyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam