Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

“Ukraynanın QNS operatoru” şirkəti:-""Türk axını" Ukrayna ərazisi ilə qazın tranzitini bir qədər də azalda bilər"

“Türk axını” qaz boru kəmərinin ikinci qolunun 2021-ci ildə istifadəyə veriləcəyi təqdirdə Rusiya qazının Ukrayna ərazisindən tranziti 15 mlrd. kubmetr azala bilər.

Yenixeber.org: Bu barədə “Ukraynanın QNS operatoru” şirkətinin rəhbəri Sergey Makoqon bildirib.

Onun sözlərinə görə, azalma Macarıstanın “Türk axını”ndan istifadə edə biləcəyi təqdirdə ola bilər.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Ukraynanın qazötürmə sistemi ilə qaz tranziti 24,9 mlrd. kubmetr təşkil edib, bu da illik ifadədə 45% azdır.

Makoqonun sözlərinə görə, ilin birinci yarısında Ukrayna üzərindən qaz tranzitinin azalması birbaşa “Türk axını” kəmərinin birinci qolunun işə salınması ilə bağlıdır.

Xatırladaq ki, yanvarın 8-də Rusiya qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Türk axını” boru kəməri istismara verilib. Açılış mərasimi İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putinlə yanaşı bır sıra ölkələrin yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı ilə baş tutub. Kəmər ilə qazın nəqli 2018-ci ilin sonunda başlayıb.

Qeyd edək ki, “Türk axını” layihəsi üzrə tikinti işlərinə 2017-ci ildə başlanılıb. Sözügedən qaz kəmərinin Qara dənizdən keçən qoşa xəttinin uzunluğu 930 km-dir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı üçün, ikincisi isə Cənubi və Cənubi-Şərqi Avropa ölkələrinə qaz tədarükü üçün nəzərdə tutulub. Xətlərin hər birinin ötürücülük qabiliyyəti 15,75 mlrd. kubmetrdir. (APA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam