Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-dakı erməni lobbisi -Azərbaycana hərbi yardım ayrılmamasına çalışır

ABŞ-dakı erməni lobbisi Azərbaycana hərbi yardım ayrılmamasına çalışır

Amerika Erməniləri Milli Komitəsi (ANCA) ABŞ Müdafiə Nazirliyinin Azərbaycana 2021-ci il üçün ayırmağı planlaşdırdığı 120 milyon dollarlıq hərbi yardımı dayandırmağa səy göstərir. Erməni diasporu öz mənfur niyyətini həyata keçirmək üçün ölkənin siyasi elitasından və erməni lobbisinin maliyyələşdirdiyi konqresmenlərdən, senatorlardan kömək istəyib. ABŞ Konqresi bu gün məsələni müzakirəyə çıxaracaq və qərar qəbul edəcək. Azərbaycanın ABŞ-dakı diplomatiyası da ermənilərin mənfur əməlinin qarşısını almaq üçün var gücü ilə çalışır. Eyni zamanda bu ölkədə yaşayan azərbaycanlılar isə səs verdikləri konqresmenləri və senatorları Azərbaycanın haqq səsinə dəstək olmağa çağırıblar.

Yenixeber.org: Amerikadakı Azərbaycan icmasının fəalı doktor Vüqar Şahbazlı açıqlamasında ABŞ-da yaşayan azərbaycanlıların səyləri nəticəsində senatorların fikirlərində uğurlu dəyişikliyin olacağı ümidindədir: “Senatorların Azərbaycan əleyhinə qəbul edəcəyi hər hansı mənfi qərar ABŞ-ın maraqlarına da zidd ola bilər. ABŞ Konqresinin Nümayəndələr palatasında təmsil olunan ermənipərəst konqresmenlər Azərbaycana ayrılacaq hərbi yardımın dondurulması üçün düzəlişlər təklif ediblər. Biz günlərdir bunun üzərində işləyirik və uğurlu nəticələr alacağımızı düşünürük. Belə ki, təklifə konqresmenlərin “yox” deməsi üçün petisiya yaratmışıq. Həmin sənəddə Azərbaycan reallıqları, Dağlıq Qarabağ və Ermənistanın Tovuz rayonunda sərhəddə törətdiyi hərbi təxribatlar haqqında məlumatlar yer alıb. Bu sənədləri imzalamaqla konqresmenlərdə fikir dəyişikliyi yaratmaq öz əlimizdədir. ABŞ-da keçirilən mitinqdə ermənilərə layiqli cavabı vermişik, sabah isə növbəti qələbəmizi Konqresdə qazanacağıq”.

Müxbir: Vüsalə Abbasova

 

Vüqar Şahbazlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam