Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

ABŞ Konqresi Azərbaycana hərbi yardımı məhdudlaşdıran düzəlişləri nəzərdən keçirəcək

 Bu gün, iyulun 20-də ABŞ Konqresi 2021-ci maliyyə ili üçün “Dövlət müdafiəsi haqqında” qanuna 66 və 397 saylı düzəlişləri nəzərdən keçirməyi planlaşdırır.

Yenixeber.org: Qanuna 66 saylı düzəlişin müəllifi konqresmen Bred Şermandır. Konqresmenlər Frenk Pallone, Ceki Şpeyer, Adam Şiff və Terrens Con Koks onu dəstəkləyiblər.

Düzəlişə əsasən, “yalnız əgər prezident belə müdafiə predmetlərinin və ya xidmətlərin verilməsinin mülki aviasiyaya təhlükə yaratmadığını Konqresə təsdiq edərsə, bu qanun layihəsi ilə icazə verilən heç bir vasitədən müdafiə predmetlərinin və ya xidmətlərin Azərbaycana verilməsi üçün istifadə edilə bilməz”.

397 saylı düzəliş Frenk Pallone tərəfindən təqdim olunub. Sənəddə Müdafiə Nazirliyindən ABŞ-ın Azərbaycana müdafiə üçün daha öncə təqdim edilmiş 120 milyon dollardan artıq məbləğdə hərbi yardım proqramı haqda hesabatı Konqresə təqdim etmək tələb olunur. Düzəliş layihəsini konqresmenlər Adam Şiff, Bred Şerman, Ceki Şpeyer dəstəkləyiblər.

Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Ambaryan hesab edir ki, bu düzəlişlər Azərbaycanın qarşısını almağa imkan verəcək.

Azərbaycan 30 ilə yaxındır ki, öz torpaqlarını erməni işğalından azad etmək uğrunda mübarizə aparır.

Azərbaycan Demokratik Qüvvələrin Milli Şurası və Demokratiya və Rifah Hərəkatı (ADR) Konqresə müraciət edərək ABŞ-ın regiondakı maraqlarına ziyan vura biləcək bu düzəlişləri qəbul etməməyə çağırıblar.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam