Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

ABŞ-dakı erməni lobbisindən etiraf: Xocalı qətliamını Ermənistan qoşunları törədib -(VİDEO)

 

ABŞ-dakı erməni lobbisindən etiraf: Xocalı qətliamını Ermənistan qoşunları törədib - (VİDEO)
Yenixeber.org: ABŞ-dakı radikal erməni lobbisinin təhriki ilə Kaliforniya Ştat Senatında fevralın 28-də təşkil olunan, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş dinləmələrdə lobbi nümayəndəsi tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar səsləndirilib.
Dinləmələrin ardınca zaldakılar şərh və suallar verməyə dəvət olunublar.

Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri faktlara əsaslanan çıxışlar edərək, səsləndirilən yalan məlumatları ifşa ediblər. Onlar həm senatorları, həm də çıxış edən erməni lobbisinin nümayəndəsini haqsız olduğunu bildirib, Sumqayıt hadisələrinə toxunulduğu halda niyə heç bir yerdə Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş 1 milyona yaxın qaçqın və məcburi köçkün haqqında bəhs edilmədiyi, nəyə görə Azərbaycan icmasından heç kimin çıxış üçün dəvət olunmadığı və məsələlərə birtərəfli yanaşılması ilə bağlı suallar ünvanlayıblar. Suallardan yayınmağa çalışan senator E. Portantinoya erməni icmasının üzvləri dəstək verməyə çalışıblar. 



Onlardan biri, Amerika Erməni Assambleyasının ABŞ-ın Qərb region üzrə direktoru Mihran Tumacan (Toumajan) çıxışında həm özünü, həm də bütün erməniləri çətin vəziyyətə salaraq, Ermənistanın Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı qırğın törətdiyini etiraf edib və dolaşıq fikirləri ilə əslində özlərini ifşa edib.

M. Tumacanın çıxışında bunları deyib: “Mən burada azərbaycanlı tələbələrin səsləndirdiyi fikirlərə cavab vermək istəyirəm. Onlar yanlış olaraq Xocalıda baş verənləri soyqırım adlandırırlar. Orada baş verənlər soyqırımı deyil, faciədir. Gənc yaşında həlak olmuş tanınmış azərbaycanlı jurnalist Çingiz Mustafayevin faciə yerindən çəkdiyi videolar açıq-aydın göstərir ki, Ermənistan silahlı qüvvələriXocalıda yaşayan azərbaycanlıları öncədən xəbərdarlıq etmişdi ki, Xocalıda gərgin döyüşlər gedəcək. Bundan başqa, Ermənistan qoşunları mülki əhalinin sərbəst çıxması üçün dəhliz də açmışdı. Çoxlu azərbaycanlı bu dəhlizdən keçib gedə bildi, ancaq bir çoxu da keçə bilmədi. Çingiz Mustafayev və hadisə yerindən reportajlar hazırlayan digər azərbaycanlı jurnalistlər də qeyd ediblər ki, çoxlu sayda azərbaycanlı məhz o dəhlizdən keçməyi üçün öldürülüb”.

Faktiki olaraq erməni lobbisinin Amerikadakı rəhbərlərindən biri olan bu şəxs çıxışında Xocalıda azərbaycanlıların Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsini etiraf edib.(azvision)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam