Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər-XƏBƏRDARLIQ

 

"Hakimiyyət iqtisadi bazarın yenidən bölüşdürülməsinə gedib Qaqik Sarukyanı deputat mandatından məhrum edərsə, onda biz də cavab olaraq onunla birlikdə deputat vəsiqəmizi təhvil verəcəyik”.

Yenixeber.org: Bunu “Qraparak” qəzetinə Çiçəklənən Ermənistan Partiyasından deyiblər.

“Biz konstitusiya üzrə mütəxəssislərdən atacağımız addım barədə soruşmuşuq. Bizə deyilib ki, konstitusiyaya əsasən, parlamentin 30 faizini müxalifət təşkil etməlidir. Çiçəklənən Ermənistan Partiyasından olan deputatlar mandatdan imtina edərsə, onda parlament antikonstitusion olacaq. Bu isə növbədənkənar seçkilərin keçirilməsinə səbəb olacaq”, - partiyadan bildirilib.

 Çiçəklənən Ermənistan Partiyası və parlamentdəki “Sarukyan” blokunun lideri, milyarder Qaqik Sarukyana qarşı cinayət işinin başlanılması üçün ölkənin Baş prokuroruna müraciət edilib. Başqa bir məlumata görə, Ermənistan hakimiyyəti parlamentdəki müxalif Çiçəklənən Ermənistan Partiyasının fraksiyasını parçalamağı planlaşdırır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam