Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanın müxalifət lideri -Rusiyaya sığındı

Ermənistanın müxalifət lideri Rusiyaya sığındı
"Birmənalı şəkildə bəyan edirəm ki, Ermənistanda ən böyük müxalifətçi siyasi qüvvənin – “Çiçəklənən Ermənistan” partiyasının lideri, bir vətəndaş olaraq ölkəmizdə anti-Rusiya düşüncələrini formalaşdırmağa yönəlmiş təxribatların qarşısını almaq üçün əlimdən gələni edəcəyəm”.
Yenixeber.org: Bu barədə “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, iş adamı Qaqik Tsarukyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, son zamanlar Ermənistanda anti-Rusiya və anti-dövlət qüvvələrinin fəal səyləri ilə ölkədə anti-Rusiya əhval-ruhiyyəsinin süni şəkildə kəskinləşməsi baş verir.

“Bu qüvvələrin son məqsədi xalqlarımız arasındakı dostluq əlaqələrini pozmaqdır. Nümunə olaraq qeyd etmək lazımdır ki, 102-ci hərbi bazanın ölkəmizdən çıxarılmasına səbəb olacaq Rusiya ilə hərbi müqaviləyə yenidən baxılmasının zəruriliyi barədə tezis erməni cəmiyyətinə bilərəkdən təqdim olunur.

Düşünürəm ki, bu, təkcə Türkiyənin və Azərbaycanın arzusu deyil, eyni zamanda bütün bölgədə onsuz da kövrək bir vəziyyətin alovlanmasına münbit zəmin yaradan amildir.

Əminəm ki, Ermənistanın inkişafı, ölkəmizin təhlükəsizliyini, müstəqilliyini möhkəmləndirmək üçün Rusiya ilə münasibətlərimizi həm ikitərəfli, həm də MDB, Avrasiya İqtisadi İttifaqı, KTMT çərçivəsində gücləndirməliyik", - deyə partiya lideri vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam