Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Ermənistanda - deputatlar parlamentin iclasını boykot etdilər

Ermənistanda deputatlar parlamentin iclasını boykot etdilər
“Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qaqik Tsarukyanın parlament toxunulmazlığından məhrum edilməsinə cavab olaraq fraksiyanın deputatları parlamentin iclasını boykot ediblər.
Yenixeber.org: İyunun 16-da parlamentdə çoxluğa malik olan baş nazir Nikol Paşinyanın “Mənim addımım” bloku “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri və eyniadlı fraksiyanın lideri Qaqik Tsarukyanın deputat toxunulmazlığından məhrum edilməsinə və həbsinə icazə verilməsinə dair baş prokurorun təqdim etdiyi vəsatətlərin lehinə səs verib.

"Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası, söz və ifadə azadlığına hörmət şüarları ilə gələn əksəriyyət siyasi müxalifləri susdurmağa çalışır. Bu, səhv yoldur və Ermənistanı iflasa aparır”, - deyə fraksiyanın deputatı Arman Abovyan bildirib.

O, "Mənim addımım" blokundan olan həmkarlarının çoxunun bu qanunsuz səsvermənin əleyhinə olduğuna inandığını əlavə edib.

"Ermənistanın diktaturaya çevrilməsi üçün resursları yoxdur. Biz həqiqi demokratik dəyərlər, vətəndaşların sosial, iqtisadi və siyasi hüquqları uğrunda mübarizə aparacağıq”.

Abovyan Tsarukyanın toxunulmazlığından məhrum edilməsinə dair səsvermənin siyasi repressiyadan başqa bir şey olmadığını deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət məsələni yaxından izləyir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam