Böyük Britaniya Kral Poçtu (Royal Mail) rok musiqisi tarixində ən uğurlu qruplardan biri olan Britaniyanın “Queen” qrupunun yaradıcılığını 13 markadan ibarət seriya ilə qeyd etmək qərarına gəlib.
Yenixeber.org: Bu barədə TASS xəbər verir.
“The Guardian” qəzetinin yazdığına görə, iyulun 9-da satışa çıxarılacaq poçt miniatürlərinin üzərində kollektiv üzvlərinin hər birinin şəkilləri, onların studiyada çəkilmiş şəkli və əsas albomlarının üz qabıqları əks olunacaq.
Qeyd edək ki, “Queen” qrupu “Royal Mail”in şərəfinə markalar buraxdığı Birləşmiş Krallıqdakı üçüncü musiqi qrupudur. Bundan əvvəl 2007-ci “The Beatles”, 2016-cı ildə isə “Pink Floyd” bu şərəfə layiq görülüb.
.@QueenWillRock is getting immortalized in a new series of postage stamps: https://ultimateclassicrock.com/queen-stamps/
Queen Commemorated With 13 New Postage Stamps
Britain's Royal Mail announced a new set of 13 stamps honoring the rock band Queen, unveiled in June 2020.
ultimateclassicrock.com