Redaktor seçimi
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Günün xəbəri

Həbs olunmuş bank müdiri azadlığa çıxmaq istəyir

“Royal Bank”ın həbs olunmuş filial müdiri apellyasiya şikayəti verib

Yenixeber.org: “Royal Bank” ASC-nin “Tovuz” filialının müdiri Müseyibov Ədalət Nürəddin oğlu barəsində «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməsi barədə ərizəsinin qismən təmin edilməsinə dair apellyasiya şikayəti verib.

Keçmiş bank rəhbərinin məhkəmə prosesi dekabr ayının 14-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək.

Belə ki, 2014-cü il 18 iyul tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hokmü ilə dələduzluqda və mənimsəmədə ittiham olunan “Royal Bank” ASC-nin “Tovuz” filialının müdiri Ədalət Müseybov, ASC-nin “Gəncə” filialının müdiri Anar Tağıyev, bankın digər vəzifəli şəxsləri – Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov və Fikrət Mehdiyev azadlıqdan məhrum ediliblər. Hökmə görə, Ədalət Müseyibov 8 il, Anar Tağıyev 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilənlər - Xanlar Səfərov, Vüsal İbrahimov, Bayram Vəliyev, Zöhrab Bayramov, Elşən Paşayev, Nizami Qarayev, Rauf Hüseynov, Aytin Bayramov, Zakir Namazov və Fikrət Mehdiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onlar şərti cəza alıblar.

Xatırladaq ki, “Royal Bank”-ın əsas səhmdarı olan İran mənşəli ABŞ vətəndaşı Əli Cam istintaq başlanan kimi Azərbaycanı gizlicə tərk edib və istintaqdan yayınmağı bacarıb. Buna görə də Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları Əli Camın barəsində həbsli axtarış elan ediblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam