Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Şirkətlərini həbsxanadan idarə edən azərbaycanlı iş adamı

 

Türkiyədə rüşvət qalmaqalına görə həbs edilən azərbaycanlı iş adamı Rza Zərrab şirkətlərini həbsxanadan idarə edir. 


 "xeberinfo.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla yanaşı o, bəzi şirkətlərinin rəhbər vəzifələrinə həbsxanadan təyinat aparıb. R.Zərrab “Royal Mobilya” şirkətinə yeni rəhbərlər təyin edib. 

“Royal Holding”, “Royal Denizcilik” kimi şirkətlərlə yanaşı “Royal Mobilya” şirkəti də olan R.Zərrab öz imzası ilə şirkətə yeni rəhbər təyin edib. İdarə Heyətinin R.Zərrabın imzası ilə verilən qərarında Barış Yaşar fabrik müdiri, Mehmet Şalik baş mühasib təyin olunub. 

Vəkillərin məsələ ilə bağlı verdiyi açıqlamaya görə, R.Zərrab barədə məhkəmə qərarı olmadığından hələ imza səlahiyyətini özündə saxlayır. Barəsində azadlıqdan məhrumetmə ilə bağlı məhkəmə qərarı çıxarılacağı təqdirdə R.Zərrab səlahiyyətlərindən məhrum edilə bilər. 

Qeyd edək ki, R.Zərrabın “ROYAL Holding”də Foulad Kaveh, Royal Denizcilik, Safir Altın, Aln Nafees Exchange, Are Havacılık, Royal Binicilik, Royal Mobilya, Al Salam Ewchange Center kimi şirkətləri var.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam