Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

MƏŞHUR ŞİRKƏTIN BÖYÜK VERGİ BORCU -“Akkord”un 1 milyonluq borcu nədən yaranıb?

Hələ 2006-cı ildə dövlət qeydiyyatına alınan və uzun illər Azərbaycanın tikinti sektorunda aparıcı şirkətlərdən biri olan “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”nın külli miqdarda vergi borcu yaranıb.

Yenixeber.org: Şirkətin vergi borci 1 milyon manata yaxın - 980 min 418 manat təşkil edir. Bu barədə Banker.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin bazasındakı məlumata istinadla məlumat yayıb. Qeyd edək ki, bu məbləğ şirkətin 22 iyun 2020-ci il tarixinə olan vergi borcunu əks etdirir və vergi xidmətinin məlumat bazasında yer almaqdadır.

Tikinti sektorunun iri şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşıb. Lakin fəaliyyətə başladığı ilk vaxtlardan şirkət barədə mətbuatda çoxsaylı materiallar dərc edilib. Onun gah bir, gah digər iri ranqlı məmur-oliqarxla bağlı olduğu iddia edilib. Və bu vaxt daha çox “köhnə komanda”ya aid şəxslərin adları çəkilib. Bir müddət əvvəl mətbuatda şirkətin sahibinin dəyişdiyi, təhvil verildiyi barədə də məlumatlara rast gəlinib.

Bununla yanaşı, hazırda heç də ölkənin ən böyük və güclü şirkətləri sırasında yer almayan “Akkord”-un belə böyük məbləğdə vergi borcunun yaranmasının səbəbi barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır və rəsmi olaraq, qanuni təmsilçisi Bürhan Həmidovdur. Dərya Vəliyev isə şirkətin Müşahidə Şurasının sədridir.

 

 

Ancaq mətbuatda yayılan məlumatlarda şirkətin real sahibinin sabiq baş prokuror Zakir Qaralov olduğu göstərilib. Elə “Akkord”-un yarandıqdan qısa müddət sonra böyük layihələr həyat keçirməyə başlaması və sonrakı dövrlərdəki fəaliyyəti də onun arxasında güclü himayədarının olduğundan xəbər verib. Mümkündür ki, rəsmi gəlirinə görə hesablanmış vergini belə buna görə ödəməyə bilib... (AzPolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam