Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

“Akkord”un dövlətə milyonlarla borcu üzə çıxdı

akkord

Vergilər nazirliyi vergi borcuna görə ölkədən çıxışına yasaq qoyulan şəxslərin siyahısını genişləndirib.
Xeberinfo.com:  Hərəkət azadlığı məhdudlaşdırılanlar arasında «Akkord» şirkətlər qrupuna daxil olan daha bir şirkətin – «Property İnvestments» MMC-nin direktoru Fariz İbrahimlinin də adı var.

Ötən il qurulan bu şirkətin dövlət büdcəsinə ödəniləsi 227 min 243 manat borcu var. Şirkətdən deyiblər ki, borc əmlak vergisi üzrə yaranıb və hissə-hissə ödənilməkdədir.

«Property İnvestments» MMC-nin mülkiyyətində ümumi sahəsi 1033 avtomobillik yeraltı dayanacaq, 323 qeyri-yaşayış və 213 anbar sahəsı var. «Akkord» korporasiyasının Bakıda tikdiyi 9 yaşayış kompleksindəki 77 min kvadratmetrlik əmlakı bu şirkət idarə edir. Həmin əmlaklar icarəyə verilməkdədir.
Ötən ilin martında qurulan şirkətin təsisçiləri «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC və Əfqan Süleymanovdur. Qurularkən onun kapitalı 70 milyon manat müəyyənləşdirilmişdi. Sonradan kapital 22,5 milyona, ötən həftə isə təxminən 9 milyon manata salınıb.

Bir müddət öncə Vergilər Nazirliyinin «qara siyahısı»nda korporasiyanın başqa bir müəssisəsi – «Akkord Beton» MMC də vardı. Bir ay ərzində şirkət borcun (448 min 636 manat) əsas hissəsini ödəyib.

Hazırda borc 158 min 386 manatadək azalıb. Bu şirkətin direktoru Uğur Babayevin ölkədən çıxmasına qoyulan qadağa isə Yasamal rayon məhkəməsinin qərarı ilə götürülüb. «Akkord Beton» MMC-nin özünə gəlincə, bu qurum, «HGC Group» MMC-yə (Qazax sement zavoduna) qoşulub.

Borcu 2 milyona çatır, amma sərbəst gəzir

Vergilər nazirliyi korporasiyanın və onun bir çox törəmə şirkətinin vergi borcunun olmadığını bildirir.
Amma onun iştirakı ilə yaradılan şirkətlərin bəzisi vergiləri vaxtında ödəmir. Məsələn, «Akkord Hydrotechnical Construction Company» MMC-nin borcu 1 milyon 944 min 242 manat, «Akkord Nəqliyyat» MMC-nin – 238 min 592 manat, «Akkord Mərmər Qranit» MMC-nin – 141 min 946 manat, «Akkord Steel Construction Company» MMC-nin – 59 min 654 manat, «Bakı-Əhəng» ASC-nin – 128 min 169 manatdır. Bu şirkətlərin rəhbərlərinə ölkədən çıxma qadağası yoxdur.  /Azadlıq radiosu

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam