Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Akkord” iki ildir ki, mənfəət vergisi ödəmir

Akkord_logo_200611

 

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin cəmi aktivləri 2016-cı ilin əvvəlinə 755,512 mln. manat təşkil edib.

Xeberinfo.com:    “Report” Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin sonuna olan analoji göstərici ilə müqayisədə 7,2% çoxdur.
Ötən il ərzində Korporasiyanın cəmi öhdəlikləri 5,3% artaraq 580,222 mln. manat, cəmi kapitalı isə 14,2% artaraq 175,289 mln. manat olub.
Hesabat dövründə Şirkətin əsas gəlirləri 39,142 mln. manat, digər gəlirləri 56,657 mln. manat, tikinti müqavilələrinin və satışın maya dəyəri 26,616 mln. manat, ümumi və inzibati xərcləri 12,383 mln. manat, maliyyə xərcləri isı 35,022 mln. manat təşkil edib.
Bununla da, “Akkord” 2015-ci ili 21,777 mln. xalis mənfəətlə başa vurub. Xatırladaq ki, 2014-cü ildə bu rəqəm 19,812 mln. manat olub. Başqa sözlə, Şirkət mənfəətini 9,9% artırıb. Bununla belə, Korporasiya nə ötən il, nə də ondan əvvəlki il dövlət büdcəsində mənfəət vergisi ödəməyib.
Bununla bağlı “Akkord”dan “Report”a bildirilib ki, son iki il ərzində əldə edilmiş mənfəət əvvəlki illərin zərərinin kompensasiya edilməsinə sərf olunub. Belə ki, Vergi Məcəlləsinin 121.1. maddəsində əsasən, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Odur ki, 2014-2015-ci illər üçün Korporasiyanın dövlət büdcəsi qarşısında mənfəət vergisi öhdəliyi yaranmayıb.
Xatırladaq ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 74,113 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 17,5 manat olan 4,235 mln. səhm əsasında formalaşıb. Səhmlərin 51%-i “VIP Estate” MMC-yə, 49%-i isə Dərya Müsəllim oğlu Vəliyeva məxsusdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam