Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

"Akkord" korporasiyası kapitalının 2/3 hissəsini itirib

 

 

Şirkət ötən ili zərərlə başa vurub

Yenixeber.org: "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 856,937 mln. manat təşkil edib.

Şirkətin maliyyə hesabatında xəbər verilir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 28,1% azdır.

2017-ci ildə "Akkord"un cəmi öhdəlikləri 1,6% artaraq 675,676 mln. manata çatıb, cəmi kapitalı isə 65,6% azalaraq 181,262 mln. manata düşüb.

Ötən il şirətin satışdan gəlirləri 12,788 mln. manat (əvvəlki ilə nisbətən 16,4% çox), satışının maya dəyəri 8,44 mln. manat (8,3% az), satış xərcləri 25 min manat (87% az), ümumi və inzibati xərcləri 1,529 mln. manat (79,2% az), digər xərcləri 3 min manat (86,6 dəfə az), maliyyə xərcləri 842 min manat (42,7 dəfə az), məzənnə fərqindən zərəri 12,3 mln. manat (əvvəlki il gəlir olub) təşkil edib.

Son nəticədə "Akkord" 2017-ci ili 345 min manat xalis zərərlə başa vurub. Halbuki şirkət 2016-cı ildə 6,317 mln. manat mənfəətlə çıxmışdı.

Xatırladaq ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" 2006-ci ildə yaradılıb. Ötən ilin sonuna onun nizamnamə kapitalı 74,113 mln. manat təşkil edib Şirkətin səhmdarları 51% payla "VIP Estate" MMC və 49% payla Dərya Müsəllim oğli Vəliyevdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam