Redaktor seçimi
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
Günün xəbəri

Prezident və Baş nazirdən-İlham Əliyevə təbrik

Prezident və Baş nazirdən İlham Əliyevə təbrik
Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.
Yenixeber.org: Təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Şimali Makedoniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ölkənizə tərəqqi arzularımı çatdırmaqdan xüsusi şərəf və məmnunluq duyuram.

Eyni zamanda, bu xoş fürsətdən istifadə edərək, Şimali Makedoniya ilə Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlıq münasibətlərinin daha da inkişafı və dərinləşməsinə ümidvar olduğumu bildirmək istəyirəm.

Zati-aliləri, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin".

Küveyt Dövlətinin Baş Naziri Sabah Xalid əl-Həməd əl-Sabah da ölkə başçısını Respublika Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan sevinc hissi duyur, Sizə uzun ömür, cansağlığı, dost xalqınıza davamlı inkişaf və firavanlıq diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək, dost xalqlarımız arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrindən məmnunluğumu ifadə edirəm".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam