Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

SMS icazə sistemi ilə bağlı-vətəndaşlara müraciət

 
SMS icazə sistemi yenidən işə düşür. Əminəm ki, vətəndaşlarımız bu xidmətdən zəruri hallarda istifadə edəcəklər.
Yenixeber.org: Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onu sözlərinə görə, SMS icazə infeksiyanın yayılmasının qarşısının alınması üçün tətbiq edilən xidmətdir.

“Çalışaq, qaydalara uyğun olmayan mətnlərlə SMS kanalını məşğul etməyək. Əlbəttə, sui-istifadə hallarına yol verilməsi karantin rejiminin pozulması deməkdir, bununla bağlı qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcək”, - deyə Ü.Mehdiyev bildirib.

Agentlik rəsmisi qeyd edib ki, aprel ayının ilk günlərində SMS icazə ilə bağlı göndərilən mesajların 60 faizi zəruri ehtiyaclarla bağlı olmayıb: "Həmin vaxt ərzində 1 milyon SMS gəlib, orta hesabla 20 saniyə ərzində SMS-ə cavab verilib".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam