Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İcazə sistemi ilə bağlı-2 yeni funksiya yaradıldı

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir.

Yenixeber.org: Bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Belə ki, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 38 819 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 583 092 icazə qeydiyyata alınıb.

Aparılan təhlillər nəticəsində icaze.e-gov.az portalına yeni funksiyalar əlavə edilib. Belə ki, dövlət və özəl təşkilatlar portal üzərindən əldə edilmiş icazələri həm də PDF formatında yükləyərək əməkdaşlarına təqdim edə bilər. Bunun üçün "İcazələr" bölməsində sətrlər üzrə əks olunan müvafiq icazə açılır və yuxarı sağ küncdə yerləşən "PDF" düyməsi klik edilərək icazə yüklənilir. Bundan əlavə, elə həmin bölmədə əməkdaşlar üzrə icazələrin ad, soyad və ya ata adı daxil edilərək axtarılması imkanı da yaradılıb.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 901 min telefon nömrəsindən 2 milyon 289 min SMS göndərilib ki, bunlardan da təqribən 1 milyon 219 mini, yəni 53 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 98 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur. SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam