Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nyu-Yorkda-bir gündə koronavirusdan yüzlərlə insan öldü

 

 

ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilənlərin sayı 10 150 nəfərdir.

Yenixeber.org: Bu barədə ştatın qubernatoru Enrdyu Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, ötən gün ərzində Nyu-Yorkda koronavirusdan ölənlərin sayı 300-ə yaxındır.

"Ölənlərin sayı 299 nəfərdir. Bu rəqəm hələ yüksək sayda qalır və bizim görmək istədiyimiz səviyyəyə düşmədi", - Kuomo deyib.

O, həmçinin çoxlu sayda insanın hər gün xəstəxanaya daxil olmasını qəbuledilməz adlandırıb. Cümə günü xəstəxanaya 831 nəfər yerləşdirilib, bundan bir gün əvvəl həmin rəqəm 954 təşkil edib.

Nyu-York ştatı ABŞ-da koronavirusa epidemiyasının mərkəzindədir. Cümə günü bir gün ərzində 289 itki haqqında bildirilirdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam