Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Nyu-Yorkda bir gündə - 3 500-dən çox insan koronavirusa yoluxdu

 

ABŞ-ın Nyu-York şəhərində son sutka ərzində koronavirusa yoluxanların sayı 3 585 nəfər təşkil edib, 85 nəfər isə virusdan ölüb.

Yenixeber.org: Bu barədə cümə günü meqapolisin meri Bill de Blazionun saytında yerləşdirilən məlumatda deyilir.

Bildirilib ki, hazırda şəhərdə yoluxma hallarının sayı 26 697-yə çatıb və 450 ölüm hadisəsi qeydə alınıb.

Federal və yerli hökumət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin məlumatına görə, virusa yoluxma üzrə dünyada birinci yeri tutan ABŞ-da 104 mindən çox yeni növ koronavirusa yoluxma hadisəsi qeydə alınıb. 1 693 nəfər ölüb, 870 yoluxmuş insan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 199 ölkə və bölgədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 600 min nəfərə yaxındır, 27 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam