Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bu şəhərdə bir gündə koronavirusdan 500-dən çox insan öldü

 

 

Son bir gün ərzində ABŞ-ın Nyu-York ştatında daha 2 000 nəfər koronavirus diaqnozu ilə xəstəxanalara yerləşdirilib.

Yenixeber.org: RİA “Novosti” xəbər verir ki, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

O, qeyd edib ki, son bir gündə ştatda virusdan 540 nəfər ölüb.

"Kədərli xəbərlər: təxminən 2 min insan xəstəxanalarımıza yerləşdirildi. Bu, böyük rəqəmdir - hər gün 2 min yeni xəstə”, - deyə qubernator qeyd edib.

O, bununla bağlı vəziyyətin pis olduğunu vurğulayıb.

"Və ən pis xəbərlər - ölümlərin sayı – 540-dır. Bu, əvvəlki kimi çox deyil. Amma 540 nəfər dünən öldü", - qubernator vurğulayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 292 000-i ötüb. Bunların 587 666 nəfəri sağalıb, 157 669 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam