Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkə Çindən 130 milyard avro təzminat istəyir-SƏBƏB

 

 

Koronavirus pandemiyasına görə ciddi itkilərlə üzləşən Almaniya Çindən  kompensasiya tələb edir.

Yenixeber.org: Türkiyənin “NTV” telekanalı xəbər verir ki, bu məbləğ Almaniya iqtisadiyyatına koronavirusdan dəyən ziyanın həcmidir.

Bildirilib ki, rəsmi Berlinin Pekindən tələb etdiyi təzminatın məbləği 130 milyard avrodur. Bura turist, hava yolları, film sənayesinin itkiləri daxildir.

Məlumata görə, bir çox ölkə pandemiya ilə bağlı Çindən məhkəmə yolu ilə təzminat tələb etməyə hazırlaşır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 425 000-i ötüb. Bunların 636 378 nəfəri sağalıb, 166 058 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam