Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Əli Kərimli istəyərdi ki, Gülalıyevin ailəsi çətinlikdə qalsın” - Deputat

“Əli Kərimli istəyərdi ki, Gülalıyevin ailəsi çətinlikdə qalsın” - Deputat
Hüquq müdafiəçisi Oqtay Gülalıyev avtomobil vurmasından sonra artıq bir ay yarımdır ki, xəstəxanada müalicə olunur. Hadisə baş verən günlərdən Heydər Əliyev Fondu onun müalicəsini tamamilə öz üzərinə götürüb. Ailəsinin arzusu nəzərə alınaraq onun müalicəsi hazırda Türkiyədəki məşhur klinikada davam etdirilir.
Yenixeber.org: Bunu millət vəkili Aydın Mirzəzadə deyib. YAP-çı deputat vurğulayıb ki, Heydər Əliyev Fondu tərəfindən Azərbaycan vətəndaşına olan bu diqqətə ancaq minnətdarlıq etmək olar:

"Ancaq müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli bu məsələdə də siyasi xal yığmağa çalışır. O sosial şəbəkədəki səhifəsində müraciət ünvanalayaraq Oqtay Gülalıyevin müalicəsi üçün pul toplamağa çağırış edib. Kərimli qəzaya düşən Oqtay Gülalıyevin müalicəsinin xərcinin Heydər Əliyev Fondu tərəfindən aparıldığını yaxşı bilir. Ancaq gedişatın belə getməsini heç istəməzdi. O, istəyərdi ki, qəzaya düşən şəxsin ailəsi çətinlikdə qalsın və yaranmış vəziyyətdən hakimiyyətə qarşı ittiham kimi istifadə etsin".

A.Mirzəzadə qeyd edib ki, son dövrlərdə Əli Kərimli gündəmdə qalmaq üçün yeni mövzu tapa bilmir: "Mitinq təşkil edə bilmir, qəbul edilən ölkə büdcəsinə irad tuta bilmədi, bütün cəhdlərinə baxmayaraq, seçkini boykot çağırışı da dəstəklənmir. Ona görə də problem yoxdursa, onu uydurmağa üstünlük verir, hətta bu kiminsə həyatı ilə oynamaqla bağlı olsa da".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam