Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda- tibbi sığorta necə həyata keçiriləcək?

Azərbaycanda tibbi sığorta necə həyata keçiriləcək?

2020-ci ilin yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ölkə boyu tətbiq ediləcəyi gözlənilsə də, bu, baş verməyə bilər. 

Yenixeber.org: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbarı tibbi sığortanın ölkəboyu yox, mərhələli şəkildə tətbiq olunması ilə bağlı təklifləri hökumətə təqdim edib.

İcbari tibbi sığortanın ökə boyu mərhələli tətbiqi təklifinə səbəb kimi riskləri azaltmaq, tibb müəssisələrini və əhalini prosesə hazırlamaq, islahatın əhatə dairəsinin genişliyi və tibb müəssisələrinin yeni maliyyələşmə mexanizminə keçidi göstərilib.

Agentlik ölkədə icbari tibbi sığortanın hər biri üç ay olmaqla dörd mərhələdə həyata keçirilməsini təklif edir. Şimal və şimal-qərb rayonlarının birinci mərhələdə, Bakı və Abşeron rayonunun isə sonuncu mərhələdə yer alacağı nəzərdə tutulur.

Parlamentin üçüncü oxunuşda qəbul etdiyi “Tibbi sığorta haqqında” qanun layihəsinə də daha əvvəl edilmiş düzəlişlərə əsasən, Azərbaycanda icbari tibbi sığorta sisteminin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Halbuki Prezidenti İlham Əliyevin 20 dekabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərman imzalayıb. Həmin fərmanda icbari tibbi sığorta sisteminin 2020-ci ildən tətbiq edilməsi nəzərdə tutulur. Eyni zamanda, fərmanın 4-cü bəndində sistemin 2020-ci ilin əvvəlindən tam fəaliyyət göstərməsi üçün 2019-cu ildə həyata keçirilməli olan bütün hazırlıq addımları və tədbirləri göstərilib.

Bu fərmana yalnız bir dəfə Prezident İlham Əliyevin 3 iyun 2019-cu il tarixli digər fərmanı ilə dəyişiklik edilib, lakin bu dəyişikliklərdə 20 dekabr 2018-ci il tarixli sənəddə göstərilən tədbirlərin həyata keçirilmə müddətinə heç bir şəkildə toxunulmayıb.

Tibbi ekspert, professor Adil QeybullaBBC-yə açıqlamasında deyib ki, icbari tibbi sığortaya keçid mərhələli yox, bütün ölkəboyu həyata keçirilməlidir, lakin bu zaman müəyyən şərtlər ola bilər.

O hesab edir ki, dövlət bu gün imkanı çatan məbləğdə sığorta paketi götürülməli və buraya icbari tibbi sığortanın vacib komponentləri daxil edilməlidir.

Adil Qeybulla qeyd edir ki, bəzi xidmətlərin ödənişi hələlik vətəndaş və dövlət arasında bölünə bilərdi.

"Dünyanın hər yerində bu işə belə başlanılıb. Türkiyədə 2000-ci ilədək bəzi xidmətlər dövlət və vətəndaş arasında bölünürdü. Məsələn, doğuş və təxirəsalınmaz yardım birbaşa dövlətin üzərində idi".

Professor hesab edir ki, "aidiyyatı qurumların icbari tibbi sığorta ilə bağlı son açıqlamaları onların bu prosesə tam hazır olmadıqlarını göstərir".

Adil Qeybulla deyir ki, müəyyən nöqsanların olma ehtimal olsa da, icbari tibbi sığortanın ölkəboyu tətbiqi prosesinə start verilməli idi.

"Ölkəboyu tətbiq hər il bəhanələrlə uzadıla-uzadıla gedir, ortada isə nəticə yoxdur. Nəyə görə mütəxəssislər dəvət olunmur, onlarla məsləhətləşmələr aparılmır, ictimai rəy nəzərə alınmır? Bəs, qurumlar açıqlamaları verəndə icbari tibbi sığortanın 2020-ci ilin yanvarın 1-dən ölkəboyu tətbiq olunacağını hesablamamışdılarmı? Əgər bunlar hesablanmayıbsa, nəzərə alınmayıbsa, deməli, qeyri-kompetentdirlər və reallığı görmürlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam