Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Cəbhədə erməni təxribatlarının -11 aylıq statistikası

Ermənistan silahlı qüvvələri cari ilin 11 ayında atəşkəs rejimini 6990 dəfə pozub.
Yenixeber.org: Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, erməni silahlı bölmələri yanvarda 809, fevralda 678, martda 735, apreldə 716, mayda 713, iyunda 455, iyulda 262, avqustda 648, sentyabrda 643, oktyabrda 664, noyabr ayında isə 667 dəfə cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən və iriçaplı pulemyotlardan da istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.

Düşmən tərəfi Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Ayqeovit kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Qaralar kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə məruz qoyub.

Bundan əlavə, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Nəmirli, Tağıbəyli, Şıxlar, Baş Qərvənd, Qaraqaşlı, Şirvanlı, Novruzlu, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin GoranboyTərtərAğdamXocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən ordumuzun mövqeləri atəşə tutulub.

Bu müddətdə düşmən Ordumuzun mövqeləri ilə yanaşı, cəbhəboyu zonada yerləşən kəndləri və mülki şəxsləri hədəfə alaraq atəşkəs rejiminin tələblərini dəfələrlə pozub.

Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam