Redaktor seçimi
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

Ermənilərin daha bir təxribatının qarşısı alınıb-Sofiyada

 

 

“Bu gün Sofiyada növbəti dəfə erməni deputatlarının siyasi təxribatının qarşısı alındı”.

Yenixeber.org: Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Bolqarıstanın paytaxtında keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) bugünkü iclasında Ermənistan deputatları növbəti dəfə siyasi təxribata əl atmaq istədilər: “Ermənistandan olan bir deputat Azərbaycan və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ məsələsinin Azərbaycan, Ermənistan və “Dağlıq Qarabağ xalqı"nın maraqlarına cavab verməli olduğunu dəfələrlə bildirdiyini açıqladı. Digər erməni deputat isə Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışaraq onun əhəmiyyətini azaltmağa çalışdı. Bundan sonra mən çıxış edərək Azərbaycan tərəfdən heç zaman belə bəyanat olmadığını sessiyanın nəzərinə çatdırdım. Azərbaycanın mövqeyi belədir ki, Azərbaycan ərazisindən Ermənistan qoşunları qeyri-şərtsiz çıxarılmalıdır, Azərbaycan həmin bölgəyə ən yüksək muxtariyyət verməyə hazırdır. Əgər işğal məsələsi olmasaydı, həmin xətt Ermənistandan da keçə bilərdi və qonşu ölkə Azərbaycanın iqtisadi layihələrindən yüz milyonlarla gəlir əldə edə bilərdi”.

A.Mirzəzadə bildirib ki, Azərbaycan nümayəndə heyətinin üzvü Jalə Əliyeva çıxışında Ermənistan nümayəndələrinin beynəlxalq tədbirdə "Artsax" yalanını yaymasına etiraz etdi və Ermənistanın Azərbaycan torpaqlarını azad etməsini tələb etdi.

Xatırladaq ki, ötən gün də QDİƏT PA-nın plenar iclasında Ermənistan və Azərbaycan deputatları arasında mübahisə yaranıb. Belə ki, Ermənistandan olan bir deputat çıxışında "Artsax"da "demokratik seçki keçirildiyini" elan edib. Milli Məclisin deputatı Aydın Mirzəzadə Ermənistan deputatının siyasi təxribatının qarşısının alınmasını tələb edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam